Şənbə günü, 2024-04-20, 4:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 5 » Quranın İncil və Tövratla fərqi
10:50 PM
Quranın İncil və Tövratla fərqi
 
Quranın İncil və Tövratla fərqi
 
Allah-taala Qurani-kərimdə buyurur: ... "(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik”...["Maidə" surəsi, 48-ci ayə. ]
 
Bütün səmavi kitablar, etiqadi məsələlərdə bir-birinə uyğundurlar və bütövlükdə bir məqsədə (insanların hidayəti və təkamülünə) doğru yönəliblər. Lakin bəşərin təkamülü tədrici olduğuna görə, müəyyən məsələlərdə bir-birilərilə fərqlənirlər. Hər din insanlar üçün müəyyən bir zamanda nazil olaraq daha geniş proqramlar gətirir. Bu kiçik yazıda Quranla İncil və Tövratın bəzi fərqlərinə işarə edirik:
 
1. Qurani-kərim peyğəmbərin (s) əbədi möcüzəsidir. Heç kəs ona bənzər bir kitab gətirməyib, heç vaxt gətirə də bilməz. Qurani-kərim bu barədə buyurur: "Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahət və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz”...["Bəqərə" surəsi, 23-24-cü ayələr. ] Amma İncil və Tövrat möcüzə deyillər.
 
2. Qurani-kərim iki şəkildə nazil olmuşdur:
 
a) Allah-təala tərəfindən mübarək Ramazan ayının qədr gecəsində əziz İslam peyğəmbərinə (s) bir dəfəyə və tam şəkildə;
 
 b) Tarixi hadisələr, şərait və insanların ehtiyaclarına cavab olaraq 23 il ərzində tədricən Peyğəmbərə (s) nazil olmuşdur. Lakin Tövrat və İncil məhz "bir dəfəyə” nazil olmuşdur.
 
3. Əlimizdə mövcud olan Quran əziz İslam peyğəmbərinə (s) nazil olan Allahın kəlamından fərqli deyil. Qurani-kərim o həzrətin xüsusi nəzarətilə artırıb-əskilmədən kitab şəklinə salınmışdır. Çünki, Quranı təhrifdən qoruyub saxlamağı Allah-taala öz öhdəsinə götürmüşdür:
 
"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və dəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”["Hicr" surəsi, 9-cu ayə.]
 
Lakin hal-hazırkı İncil və Tövrat belə deyillər. Tarixi sənədlər və sair dəlillərə əsaslanaraq demək olar ki, əsil İncil və Tövrat aradan getmiş, o iki səmavi kitabın məhz bəzi hissələrini həzrət Musa (ə) və həzrət İsanın (ə) ardıcılları tərəfindən onlardan bir müddət sonra yazıblar. Təəssüflər olsun ki, sonradan yazılan bu iki kitab cürbəcür xurafatlar və saysız-hesabsız cəfəngiyatlarla qarışmışdır. Deməli hal-hazirkı İncil və Tövrat yəhudilər və xristianların vasitəsilə yazılan tarixi kitablar toplumudur və həzrət Musa (ələyhis-səlam) və həzrət İsaya (ələyhis-səlam) nazil edlmiş səmavi kitablar deyil.
 
4. Qurani-kərimin maarifi də Tövrat və İncilin maarifi ilə müqayisə olunmaz dərəcədə fərqlidir.
 
 Birinci: ..."Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günah və savabı) izah etmək üçün, nazil etdik!”...["Nəhl" surəsi, 89-cu ayə.]
 
Quranda insan təkamülündə rol oynayan müxtəlif əqidələr, fikir çalarları, əsaslı nəzərlər, davranış qaydaları, fərdi, ictimai, maddi, mənəvi, dünya və axirət aid məsələlər və s. amillər açıqlanmışdır. Qurani-kərimin maarifi insanların ümumi fitrətilə uyğundur. Buna görə də hərtərəfli və bütün zaman və məkanları əhatə etmək xüsusiyyətinə malikdir.
 
İkinci: Qurani-kərimin maarifi ağıl və məntiqə əsaslanır. İslam dinin əsas təlimləri ağıl və təfəkkürü meyar götürərək cəhalət və kor-koranə olan təqlidi qadağan edir.
 
Üçüncü: Qurani-kərim xüsusi nəzərlə (ifrat və təfritdən uzaq) insan varlığının həqiqəti, onun fitrətilə uyğunluğuna vararaq insan həyatının hədəflərini mərhələlərindən asılı olaraq bəyan etmişdir ki, bütün istedadlar ərsəyə çıxaraq canlansın. Buna görə də dünyapərəstliyi və maddi istəklərə tabe olmağı məzəmmət etmişdir.
 
Dördüncü: Qurani-kərim ixtilaflı və ziddiyyət təşkil edən sözlərdən uzaqdır. Halbuki, qeyd etdiyimiz xüsusiyyətlərin heç biri hal-hazırkı Tövrat və İncildə mövcud deyil və əksinə xurafatlarla dolu olan bu iki kitab hətta peyğəmbərlərə də yaraşmayan ittihamlar söyləməkdən çəkinməmişlər. Nümunə olaraq onlardan bir neçəsinə işarə edirik:
 
a) Tövrat inək heykəli düzəldib və camaatı ona sitayiş etmək itthamını həzrət Musanın (ələyhis-səlam) canişini həzrət Haruna (ələyhis-səlam) mənsub edir. Halbuki, Bəni-İsraldən olan Samiri adlı bir şəxs bunu etmişdir və Quran bu iki peyğəmbəri şirk və bütpərəstlik kimi bütün nöqsanlardan pak və uzaq olaraq qeyd edir.
 
b) Qurani-kərim elm, təqva sahibi həzrət Süleyman peyğəmbəri (ələyhis-səlam) böyük hökuməti olmasına baxmayaraq heç vaxt məqam və dünya malının əsiri olmadığını bəyan edir. Lakin Tövrat müxtəllif yerlərdə ona qarşı ən pis ittihamları irəli sürür ki, onları nəql etmək belə, xəcalətə səbəb olar. c) İncil Allahı təcəssümlə[Allahın səlbi sifətlərindəndir.] (cism olmaqda) ittiham edərək deyir: "Allah-taala insan şəklində mücəssəm olub və...” Amma Qurani-kərim buyurur: … "...Ona (Allaha) bənzər heç bir şey (varlıq) yoxdur...”["Şura" surəsi, 11-ci ayə.}
 
Seyyid Əli Haşimi.
 
Çevirən: Şəhriyar Əliyev


 
Category: Diger me'lumatlar | Baxış: 1031 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]