Bazar günü, 2024-12-22, 4:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 20 » Quranın heyvanat aləmi
9:46 AM
Quranın heyvanat aləmi

Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.
 ("Nəhl" surəsi, ayə 5)

Bütün bunlardan sizin üçün ibrətlər vardır...

 Qurani-Kərimdə bir sıra heyvanların adına rast gəlmək olur. Onların adlarının çəkilməsində başlıca məqsəd yaradılışlarına diqqət yetirib ibrət almaq, şəriət baxımından ətlərini halal və ya pak və ya nəcis olduqlarını, eləcə də faydalarını dərk edib lazımı qaydada istifadə etməyi bildirməkdir. Hətta surələrdən altısında heyvanların adları verilir.

1. ə-ci surə-"Bəqərə" (İnək-Musa (ə) peyğəmbərin əhvalatından söhbət açılarkən):

2. 6-cı surə-"Ənam" (dördayaqlı və ev heyvanları-ev heyvanlarının bəşər övladına verdiyi faydadan söhbət açılarkən);

3. 16-cı surə-" Nəml" (qarışqa); (Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi...);

4. 27-ci surə- "Nəhl" (bal arısı);(Rəbbim bal arısını belə təlqin etdi...);

5. 29-cu surə- "Ənkəbut" (hörümcək-İslam dinindən başqa dinlərin hörümcək torutək zərif olduğundan söhbət açarkən);

6. 105-ci surə - "Fil" (fil Yəmən padşahı Əbrəhənin Məkkəyə fillərlə yürüş etdiyindən söhbət açarkən);

 Ayələrin bəzilərində heyvanların ümumi sinfinə işarə olunur. Məsələn: ənam (dördayaqlı heyvanlar), təyr (quşlar). Surələrin bəzilərində isə onların xususiyyətlərinə işarə olunur.  Məsələn: Budn (qurbanlıq üçün nəzərdə tutulan kök dəvələri);

Zamir (arıq dəvələr);

Adiyat (qaçar döyüş atları);

Cəvahir (ov heyvanları);

Nətihə (buynuzlanaraq ölən heyvanlar);

İşaq (onaylıq hamilə dəvələr).

35 məqamında isə onların adları çəkilir;

1.İbil (dəvə) - "Ənam", 144; "Ğaşiyə", 17.

2. Bəuzə (ağcaqanad)- "Bəqərə", 26.

3. Bəir (5 və ya 9 aylıq dəvə) - "Yusif", 65, 72.

4. Biğal (qatır) - "Nəhl", 8.

5. Bəqər, bəqərə (İnək) - "Bəqərə", 67, 68, 69, 70, 71, 144, 146; "Ənam", 144, 146; "Yusif", 43, 45.

6. Səban (əjdaha, böyük ilan) - "Əraf", 107; "Şüərat", 32.
7. Can (ilan, pəri) - "Hicr", 27;

"Rəhman", 15, 39, 56, 74; "Nəml", 10; "Qəsəs", 31.
8. Cərad (cəyirtkə) - "Əraf", 123; "Qəmər", 7.

9. Cəməl (erkən dəvə) - "Əraf", 40; "Mursəlat", 33.

10. Himar (ulaq) - "Bəqərə", 259; "Cümə", 5; "Müddəssir", 50; "Nəhl", 8; "Loğman", 19.

11. Hut (böyük balıq, balina) - "Kəhf", 61, 63; "Səffat" 142; "Qələm", 48; "Əraf", 163.

12. Həyyə (ilan) - "Taha", 20.

13. Xinzir (donuz) - "Bəqərə", 173; "Ənam", 145; "Maidə", 3, 60; "Nəhl", 115.

14. Xəyl (at ilxısı) - "Ali-İmran", 14; "Ənfal", 60; "Nəhl", 8; "İsra", 64; "Həşr", 6.

15. Zib (canavar) - "Yusuf", 13, 14, 17.

16. Zubab (milçək) - "Həcc" 73, 74.

17. Silva (bildirçin) - "Bəqərə", 57; "Əraf", 160; "Taha", 80.

18. Zan (qoyun, qoç) - "Ənam", 143.

19. Zifdə (qurbağa) - "Əraf", 133.

20. İcl (buzov) - "Bəqərə", 51, 54, 92, 93; "Nisa", 153; "Əraf", 148, 152; "Hud", 69; "Zariyat", 26; "Taha", 88.

21. Ənkəbut (hörümcək) - "Ənkəbut", 41.

22. Ğurab (qarğa) - "Maidə", 31.

23. Ğəmən (qoyun) - "Ənam", 146; "Ənbiya", 78; "Taha", 18.

24. Fəraş (kəpənək) - "Ğariə", 4.

25. Fil (fil) - "Fil", 1.

26. Qirdə (meymun) - "Bəqərə", 65; "Əraf", 166; "Maidə", 60.

27. Qəsvər (şir) - "Müdəssir", 51.

28. Qumməl (birə) - "Əraf", 133.

29. Kəlb (it) - "Əraf", 176; "Kəhf", 18, 22 (bu ayədə üç dəfə təkrar olunur).

30. Əmz (keçi) - "Ənam", 143.

31. Naqə (dişi dəvə) - "Əraf", 73, 77; "İsra", 59; "Qəmər", 27; "Hud", 64; "Şüəra", 155; "Şəms", 13.

32. Nəcə (qoyun) - "Sad", 23 (iki dəvə), "Sad", 24 (iki dəvə).

33. Nəml (qarışqa) - "Nəml", 18.

34. Nun (balıq) - "Ənbiya", 78.

35. Hud-hud (şanapipik) - "Nəml", 20.

Category: Diger me'lumatlar | Baxış: 1279 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]