Bazar günü, 2024-12-22, 11:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 17 » Qurani-Kerimde neft
10:37 AM
Qurani-Kerimde neft
 Qurani-Kerimde neft
 
"Xəlq edən və nizama salan,əzəldən müəyyən edənvə yol göstərən,ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!O Rəbbin ki,yamyaşıl otlar çıxartdı.Sonra da onu quru,qara vəziyyətə döndərdi."("Əla"surəsi,1-5)

Məlum olduğu kimi neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir.Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır.Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neft və qaza dönür.Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur.Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlaşaraq(qaz halına dönərək) geriyə qatran yığınağı buraxır.

"Əla" surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi parallellik içindədir.Xüsusilə "otlaq,düz,çəmənlik" mənalarına gələn "əlməra" ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur.Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl,qaraya çalan,əsmər,his rənglərini bildirmək üçün işlədilən "əhva" kəlməsidir.Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar.Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - "qusaən"kəlməsi "sel suyunun otları,çöplərini bir-birinə qtaraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot,çöp,yarpaq və köpük kimi qarışıqlıq" mənasına da gəlir."Qusmaq" mənasını verən bu söz bəzi mənbələrdə "sel qusmağı" kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir.Həmçinin neftin meydana gəlməsi,ortaya çıxması,köpüklü görünşü,rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı anlaşılır.
Burdan da göründüyü kimi,ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi iləçox oxşardır.Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı birdövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prossesinin tərif edilməsi şübhəsiz ki,Quranın Allahın vəhyi olmasının başqa bir dəlilidir.

Category: Diger me'lumatlar | Baxış: 1298 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]