Bazar günü, 2024-12-22, 1:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 26 » Qurani Kərim necə nazil olmuşdur? -1
3:42 AM
Qurani Kərim necə nazil olmuşdur? -1
Qurani Kərim necə nazil olmuşdur? -1


Qurani Kərim necə nazil olmuşdur? Qədr Gecəsində Quranın hamısı bir defədəmı ya da tədricimi nazil olmuşdur? Eynilə Quran ayələri gərəyi Qədr Gecəsi təkrar etməkdədir; görəsən bu təkrardan məqsəd nədir? Görəsən hər "Leyletü'l Kadir"‌de Quran nazil olarmı? 
Bu sualların əsası iki mövzuya dönür; birincisi Qurani Kərim hansı şəkildə enmişdir? İkincisi, Qədr Gecəsinin təkrar edilməsinin rolu nədir?
Qurani Kərimin nüzulu haqqında Allahı Təala Mübarək Bəqərə Surəsində belə buyurmuşdur:
"Quran ramazan ayında nazil edilmişdir.."‌[1]
Sonra Duxan Surəsində belə buyurulub: "Biz onu mübarək bir gecədə nazil etdik."‌[2]
Son olaraq Qədr Surəsində də belə buyurulub: "Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik!."‌[3]
Bu ayələrdən bu mübarək gecənin, Ramazan Ayında olduğu, eyni şəkildə Qədr Gecəsinin bu ayda qərar qılındığı və nəticə etibarilə Qədr Gecəsində də Quranın endiyi aydın olur.
Digər tərəfdən Qurani Kərim, Peyğəmbər (s.a.a)ın 23 illik peyğəmbərlik dövründə enmişdir. Necə ki bəziləri, Peyğəmbər (s.a.a)a Quranın bir dəfədə defi olaraq enmədiyi üçün etiraz etmişlər: "Kafirlər dedilər: "Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?”"‌[4] O halda Quran bir dəfədə və bir yerdə nazil edilməmişdir. Allahı Təala bu həqiqətin vurğulayaraq belə buyurmuşdur:
"Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik."‌[5]
Bu əsas üzərinə, bir istiqamətdən Quranın hamısı Qədr Gecəsində və mübarək Ramazan Ayında endirilmiş və digər istiqamətdən eynilə qətilik ehtiva edən İslam tarixi məlumatına görə Qurani Kərimin nüzulu 23 il davam etmişdir. Bunun yanında, bəzi ayələr, Quranın bir dəfədə endiyinə işarə etməkdədir.
Digər bir mövzu:   Quranın enişindəki ixtilaf ziddiyyətlə nəticələnməz və qətiliklə bu ixtilafın həll ediləcəyi bir yol vardır; çünki belə bir ixtilaf Quranda söz mövzusu deyil; necə ki Quranda belə buyurulub: "Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar."‌[6]
Quranı dəlillərin bir qisimi, Quranın bir dəfədə   endirildiyinə işarə edərkən digər bir qisim dəlillər isə Quranın tədrici olaraq endiyinə işarə etmmiş və digər bir dəlil də Allahın sözündə ixtilafı sürgün etməkdədir. O halda ayələrin hamısı bir-biriylə uyğunlaşma içindədir və bizim bu uyğunlaşmasnı dərk etməmiz lazımdır.
Quran ayələri arasındakı uyğunlaşmanın təmin edilməsi üçün müxtəlif istiqamətlər açıqlanmışdır:
1- Quranın hamısı Qədr Gecəsində "Beytü'l Ma'mur"‌ ya da "dünya səmasın"‌da enmişdir; o zaman Quranın tədrici nüzulu, Beytül Xoşdan təbiət aləminə doğru şəkillənmişdir. O halda Quranın defi nüzulu, dünya səmasına doğru və tədrici nüzulu isə dünya səmasından Beytü'l Xoş və təbiət aləminə doğrudur. [7]
2- Bəziləri Qurani Kərimin Beytu'l Xoşa nazil olduğunu və nüzulunun da tədrici olduğunu söyləmişlər; buna görə hər il Qədr Gecəsində ilin hamısında ayələr tədrici bir surətdə nazil olmaqda və defi olaraq da Beytu'l Xoşa enməkdədir. [8]
[1] Bəqərə Surəsi /185.
[2] Duxan Surəsi /3.
[3] Qədr Surəsi /1.
[4] Furqan Surəsi /32.
[5] Furqan Surəsi /32.
[6] Nisa Surəsi /82.
[7] Mecmeu'l Bəyan, c. 1-2, s. 497; əl-Mizan, c. 2, s. 15.
[8] Mecmeu’l Beyan, c. 1–2, s. 497; el–Mizan, c. 2, s. 15.

tebyan


Category: Diger me'lumatlar | Baxış: 1089 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]