Şənbə günü, 2024-12-28, 8:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyul » 24 » Quranda zaman anlamı
10:31 AM
Quranda zaman anlamı
 
Quranda zaman anlamı

Quranda bəzən xəbərdarlıq, bəzən ibrət, bəzəndə duşündürmək məqsədilə üzərində dayanılan, bir necə hallarda isə sadəcə, işarə olunan məsələlərdən biri də zamandır. Bura da qeyd olunan zaman ümumilikdə iki hissəyə bölünür;
a)Həqiqi
b) Məcazi.

Yer kurəsində yaradılış haqda söhbət acılarkın onun altı günı yaradıdıgı qeyd olunur.
"(Dogrudan da, Rəbbimiz göyləri və yeri 6 günə yaradan, sonra da erşə ucalan Allahdır) ("Əraf" surəsi, ayə 54)".

Özündə muxtəlif ədəbləri ehtiva edən ayələrdən biri də zamanla əlaqəli olan ayələrdir.
"Kəhf" surəsində iman gətirən cavabların magarada necə il qalmararı haqda söz acıldıqda buyrulur; " (Onlardan biri soruşdu: Magarada nə qədər qaldınız?...) ("Kehf" surəsi, ayə 19).
Həmin surənin 25-ci ayəsində prada nə az nə cox, düz 309 il qaldıqları təsdiqlənir. 309 ili iman gətirmiş cavabların nəzərində bir-iki cavablandıran Allah ne qədər böyuk və əzəmətlidir!

Əslində,"Kəhf" surəsində hələ də ədədlərə əlaqəli olan, sirri acılmayan və alimləri duşunməyə vadar eden bir cox məqamlar qalırş Burada 300 ilin üzərinə daha 9 il əlavə oldugunu göstərilir. Daha sonra orada yuxuya dalan cavan ların müəmmalı sayına işarə olunur: 2, 3, 4..

Hətta ora da özləri ilə gətirdikləri bir it haqda orada məlumat verilir. Bütün bunların acıqlamasını inşeallah. gələn sayımızda sizlərə təqdim edeceyik. Maraqlı hallardan biri də "Kəhf" eshabı Quranda haqqında söhbət acılan yuxuya dalan yeganə şəxslər deyillər. Bir vaxtlar Allaha iman gətirən Üzeyr adliı şexs de yuxuya dalır. Amma bu defe bir qədər az - 100 il. Oyandıqda ölülərin necə dirildiyinin həm öz vicudunda, həm də uzunqulagında şahidi olur.

Allah onu 100 il ölü halında saxladı, sonra dirildərək ondan: " Nə qədər yatmısan soruşdu. O: " Bir gün, bəlkə də bir gündən daha az" - deyə cavabn verdi. Allah ona: " Bəlkə yüz il yatmısan, yediyin yemeyə, icdiyin suya bax, hele də xarab olmayıb" ("Bəqərə" surəsi, ayə 259).

Zamanı müəyyən edən ədəb fərqliliyi

" (Allah qiyamət günü kafirlərə) buyuracaqdır: "Yer üzərində necə il qaldınız?" Onlar: " Bir gündən də az, hər halda sayanlardan (insanların əməllərini yazan mələklərdən ) soruş!" - deyə cavab verəcəklər. Allah buyuracaq: " Əgər (həqiqəti bilirsinizsə, siz orada cox az qaldınız!)" ("Muminun" surəsi, ayə 112-114).

" O göydən yerə qədər olan işləri idarə edir. Sonra (həmin işlər) sizin saydiginiz (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona dogru (Allahın dərgahına) yüksələr (" Səcdə" surəsi, ayə 5)".

(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədəsinə əsla xilaf cıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydıgınız (hesabladıgınız vaxt) min il kimidir!"
("Həss" surəsi, ayə 47).


Yuxarıda qeyd olunan ayələrdən dünya həyatının min ilinin axirət dünyasının bir gününə bərabər oldugu bəlli olur. Lakin "Məaric" surəsinin 4-cu ayəsində eyni mətləbə işarə olunaraq tamamilə fərqli müddətə işarə olunur. "Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə muqayisəsində) müddəti əlli olan bir gündə qalxarlar".
 
Category: Diger me'lumatlar | Baxış: 962 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]