Bazar günü, 2024-12-22, 6:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 19 » Quranda şərti işarələr
8:21 AM
Quranda şərti işarələr
 
Quranda şərti işarələr

Həqiqətən Biz onu ərəbcə bir Quran (oxunan və ərəb dilində olan kəlmələr) şəkilində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz ("Yusuf" surəi, ayə 2)

Məkkə əhalisi hələ qədim zamanlarda ədəbi dildə danışar və olduqca fəsahətli və bəlağətli şerlər qoşardı. İslamı qəbul etdikdən sonrada onların bir çoxu Quran üsulu ilə tanış olub, nazil olan ayə və surələr güclü hafizələrə arxalanaraq heç bir çətinlik çəkmədən əzbərləyər və demək olar, əzbərlədikləri ayələri tilavət etdikləri zaman çox az səhvə yol verərdilrə. Quranda heç bir şərti işarələrdən istifadə olunmadıgına baxmayaraq Əbu Əhməd Əskərinin (389 h.q) söylədiyinə görə, müsəlmanlar qırx ilə yaxın Quranı Osmanın xilafət dövründə yıgılan və heç bir şərti işarəsi olmayan nüsxələrdən oxuyublar. Bir sözlə, həmin dövrə qədər şəri işarələrə ehtiyac duyulmurdu. Alimlərdən bəziləri belə fikir yürüdür ki, həriflər üzərindəki nöqtələr İslamdan çox-çox əvvəllər mövcud olmuşdur. Çünki hələ əvvəldən yazılış baxımından bir-birinə oxşar olan (bə-tə-sə), və ya (cim-ha-xa) kimi həriflərini bir-birindən fərqləndirən əlamətlərə (nöqtələrə) malik olmamaları bir o qədər də inandırıcı deyil. Lakin illər kecdikcə yazıda yol verilən səhlənkarlıqlar həriflərin nöqtəsiz yazılmasına səbəb olurdu.
Beləliklə Əbdülməlik ibn Mərvanın zamanınadək Quran heç bir şəri işarələr qoyulmadan yazılmışdır.
Müsəlmanlar ətraf şəhər və məntəqələri fəth etməklə mextəlif millətlərə sıx ünsiyyət yaratmağa başlayırlar. Digər millətlər ərəb dilindən mütəəsir olduqları kimi, ərəb dilinə öz təsirlərini qoya bilirlər. Ərəb dilini bilməyən, amma İslamı qəbul edən müsəlmanlar şəri işarələr olmadığından Quran oxunuşundan bir cox çətinliklərlə üzləşir və demək olar ki, əksər hallarda Quran ayələrini müxtəlif ləhcələrdə oxuyurlar. Beləliklə, Qurana yad ibarələr daxil olmağa başlayır. Bu məsələ Quranın oxunuşunda da ciddi nigaranlıgın meydana gəlməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq İmam Əlinin (ə) kökək və göztərişi ilə ərəb dilinin sadə qrammatikası yaxın səhabələrdən olan Əbul Əsvəd Duəli tərəfindən yazılır.Onun bu işə necə başlaması barədə yazırlar: " Bəşərin varisi Ziyad ibn Suməyyə (69-cu hicri ili) Əbul Əsvəd Duəliyə ərəb dilində bəzi dqzəlişlər aparmaq və Quranın oxunuşunu asanlaşdırmaq ücün bir sira qaydalar tərtib etməyi əmr edir.
Amma Əbdul Əsvəd Duəli bu işdən imtina edir. Belə olduqda Ziyad bir nəfər şəxsə Ebul Əsvəd Duəlinin yolunun kənarında oturub bilərəkdən Qurani səhv oxumağı əmr edir. Vali hımin şəxsə tapşırır ki,elə hərəkət etsin ki, Əbul Əsvəd Duəli ondan şübhələnməsin.Həmin şəxs Əbul Əsvəd Duəli onun yanından örüb-keçən zaman " Tövbə" surəsinin 3-cü ayəsini (innəllahə bəriun minəl muşrikinə və rəsulihi, yəni Həqiqətən də, Allah və onun peyğəmbəri müşriklərdən bezardır)" oxumaq əvəzinə, ayənin sonunu "rəsulihi" oxuyur". Belə olduqda isə ayə tamamilə əks məna daşayır. (Allah müşriklərdən və Peyğmbərindən bezardır). Ebul Əsvəd Duəli bundan çox narahat olur və həmin şəxsə deyir: "Allah sənin dediklərindən pak və münəzzəbdir".

Bu əhvəlatdan sonra Əbul Əsvəd Duəli dərhal Ziyad ibn Suməyyənin yanına gəlib öz razılığını bildirir. Ziyad Əbul Əsvədin ixtiyarına 30 nəfər katib verir, Ziyad isə onlardan yalnız bir nəfərini, yəni "Əbdu Qeys" adlı şəxsi seçir və onunla işləməyə başlayır. Ebul Əsvəd ona deyir: Elə ki, gördün oxuyarkən hərfin qzərinə işarə edirəm, həmin fərfin üzərinə bir nöqtə qoy ("ə" səsini əvəz edən fəthə işarəsi), hərfin aşağısında işarə etdikdə ("i" səsini əvəz edən kəsrə işarəsi), ortasına işarə etdikde isə hərfin ortasına ("u" səsini əvəz edən zəmmə işarəsi) bir nöqtə qoy. Bu işarələrlə yanaşı, izhar ilə (açıq-aşkar) oxuduqda(:), idğam (iki hərf yanaşı gəldikdə, həmçinin hərflər bir-biri ilə bərkidildikdə), və ya ixva (hərf gizlətdikdə, burun boşluğunda tələffüz olunduqda) etdikdə is (ş ş) işarələri qoyulurdu.
İş başa çatdıqda Əbul əsvəd Duəli nüsxəni bir daha nəzərdən keçirib oarada lazımı düzəlişlər aparır. Sonralar Mədinə camaatı təşdidli hərflərə, yəni 2 hərfli kəlmələri (/), sükunlu hərflərə (saitsiz hərflərə) isə (-) kimi işarələr qoymağa başlayırlar. Vəsl (birləşmə) əliflərini müəyyən etmək üçün ondan qabaqkı hərf fəthəli ("ə" saiti ilə) olduqda (T), kəsrəli ("i" saiti) ilə olduqda, zəmməli ("u" samiti ilə) olduqda isə (+) kimi işarələrlə müəyyənləşdirilirdi. Təşdid (2 eyni hərfli kəlmə), sükun (saitsiz hərf), vəsl (birləşmə) və bu kimi şərti işarələr ixtira olunsa da, bütün bunlar Quranın oxunuşunu asanlaşdırmaq üçün kifayət etmirdi.Hələ bu sahədə bir şox işlər görünməli və oxunuşda çətinlik yaradan bütün nöqsanlar aradan qaldırmalı idi. (bə-tə-sə), və ya (cim-ha-xa) kimi oxşar hərflərin nöqtəsiz yazılması bir çoxları, xüsusilədə qeyri-ərəb millətlər üçün oxunuşda ciddi çətinliklər yaradırdı. Çünki Quran oxuyan şəxs (nunşiruha) və (nunşizuha), (limən xələqəkə) və (limən xələfəkə) kimi mənaca tam fərqli, yazılıca oxşar kəlmələri nöqtəsiz çox çətinliklə oxuyur və bir çox hallarda səhvə yol verirdilər.
Quranşünas alim və tarixçilər bu barədə yazırlar: Əbdülməlik Mərvanın xilafəti dövründə İraq hakimi Həccac Yusif Səqəfi həmin dövrün katiblərinə oxşar hərfləri bir-birindən ayırmaq üçün müəyyən əlamətlər tərtib etmələrini əmr edir. Əbul Əsvəd Duəlinin şagirdlərindən olan Xorasan valisi Yəhya ibn Yəmər Ədvani (129 h.q) və Nəsr ibni Asim Ləysi (79 h.q) müəllimlərinin işini davam etdirərək hərflərin nöqtələnməsində böyük xidmətlər göstərirlər.Onların gördükləri bələ mühüm iş əsassiz olaraq bir vaxtlar bidət ( dinə zərər verəcək əlavələr) hesab olunsa da, sonralar öz yerini taparaq zəruri məsələlərdən birinə çevrilir. Sonralar hərflərin üzərinə sait əvəzinə qoyulan işarələri (tənvinləri) də Xəlil ibn Əhmədin özü ixtira edir.Beləliklə, hicrətin üçüncü yüzilliyində Quran yazılışında istifadə olunan nöqtə və şəri işarələr özünün təkamül mərhələsinə çatır. Bundan sonra katiblər məsələyə daha çox diqqət yetirməyə və bir-birləri ilə rəqabət aparmaga başlayırlar. Quranın yazılışında yeni-yeni şərti işarələr, bölgülər və əlamətlər yaradılır və beləliklə oxucular daha az səhvə yol verirlər.
Şərti işarələr ixtira olunduqdan sonra hələ də surələrin neçə ayədən ibarət olduğu və ayələrin harada başlayıb və haradan sona şatdığı müəyyən olunmurdu. Yalnız sonrakı dövrdə hər on ayədən sonra on rəqəmini bildirən (ayn-əşərə= 10) hərfi, daha sonralar isə hər beş ayədən sonra beş rəqəmini bildirən (xa-əmsə=5) hərfləri qoyulur. Surənin əvvəlində onun adı, neçə ayədən ibarət olduğu, Məkkə, yaxud Mədinə surələrinə aid olduğu qeyd olunmaga başladıqdan sonra oxucuların işi daha da asanlaşır.Surələrin cüz (10 vərəqlik hissə), hizb (5 vərəqlik hissə) və rüblərə (cüzün dörddəbirinə) bölünməsi hafizlərin (Quranı əzbər bilənlərin) işini daha da asanlaşdırır.Əgər bu vaxtadəkhüsünxət və xəttatlığa diqqət yetirilmirdisə, bundan belə İslam incəsənətində yeni sahə yaranırvə bu sahəyə daha artıq diqqət yetirilir və xəttalar Quran nüsxələrində, məscidlərin mehrab və divarlarında yazdıqları ayələrdə öz hünərlərini yüksək səviyyədənümayiş etdirməyə çalışırlar.Xəttab və katiblər IV ərsin sonunadək Quranı "Kufi" xətti ilə yazırlar. V əsrin əvvəllərindənetibarən "Kufi" xətti öz yerini olduqca gözəl və asanlıqla oxunan "Nəsx" xəttinə verir. Hazırda çap olunan Qurannüsxələrinin bir çoxuməhz "Nəsx" xətti ilə yazılır.
Category: Diger me'lumatlar | Baxış: 1706 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]