Bazar günü, 2024-12-22, 10:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 17 » Quranda qeyri-ərəb sözlər
3:13 PM
Quranda qeyri-ərəb sözlər
Sonuncu səmavi kitab olan Quran ərəb cəmiyyətinə və milliyyətcə ərəb olan Hz. Muhəmmədə (s.ə.s) ərəb dilində, Qureyş ləhcəsində nazil olmasına baxmayaraq, orada bir sıra müxtəlif ərəb qəbilələrinin istifadə etdikləri sözlərdən, həmçinin qeyri-ərəb kəlmələrindən də istifadə olunmuşdur.

 Lakin bütün bunlar Quranın fəsahət və bəlağətinə nəinki xələl gətirmir, əksinə, bəlkə də onların arasında həmahənglik yaradır. Quran, öz şerləri ilə fəxr edilən cahil şairlərin qarşılarına  təmamilə yeni üslub qoyaraq onları heyran qoyur. O vaxta qədər şer sənətində bütün millətlərə meydan oxuyan ərəb şairləri Quranın fərasəti müqabilində diz çökməli olurlar.  Belə ki, ictimai, iqtisadi və siyasi sahələrdə bir-biri ilə müxtəlif olan ərəb qəbilələri kin və təəssübkeşlik üzündən dil və dialekt baxımındanda bir-birindən  kəskin şəkildə fərqlənirlər. Quranın nazil olunması ilə onlar həm qəbilə təəssübkeşliyindən xilas olur, həm də vahid dialekt ətrafında  cəm olurlar. Deməli, Quran nazil olmasaydı, nə ərəblər bir millət kimi formalaşardılar, nə də ərəb dili vahid dilə çevrilə bilərdi.

 Quran bütün bəşəriyyətə nazil olduğu üçün onun ayələrində hətta qeyri-ərəb sözlərindən də istifadə olunmuşdur.

 30  cüzə (hissəyə) bölünən Quran ayələrində 30 qəbilə ləhcəsində istənilən sözlərdən istifadə olunub. Əzd Şənuə, Əşri, Ənmar, Əsus, Bəni Hənifə, Bəni Amir, Təğləb, Təmim, Səqif, Cəzam, Girhəm, Həmir, Xəsəm, Xəzaə, Sədul-əmirə, Səlim, Təyy, Uzrə, Əmmarə, Essan, Qureyş, Qeys, Kənanə, Kəndə, Ləxm, Məzinə, Huzəyl, Həmdan, Həvayən, Yamamə. Qeyri-ərəb millətlərinin dili dedikdə Həbəşistan (Efiopiya, fars əyaləti, rum, qibt, ənbat, səyanilər, ibrilər və bərabərlərin) dili nəzərdə tutulur. Quranda istifadə olunan qeyri-ərəb sözlər Quran nazil olanadək ərəb cəmiyyətində istifadə edilərdi.

 Başqa millətlərdən fərqli olaraq ərəblər digər millətlərin dillərindən götürdükləri sözləri ərəbləşdirərək onları öz dialektlərinə uyğun tələffüz edərdilər. Bu sözlərə "muərrəb" (ərəbləşmiş) sözlər deyilir. Quranda istifadə olunan qeyri-ərəb sözlər:

Əbariq- ibriq sözünün cəm halıdır.

Abriz -  fars mənşəli sözdür. Dolça-ab-riz=abriz mənasındadır).
Əkvab- kəub sözünün cəm halıdır. Piyalə, qədəh mənasındadır. "Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Cənnət bulağından axan (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə" ("Vaqiə", 17-18).

Əraik - ərik sözünün cəm halıdır. Taxt mənasındadır. "Onlar (mömin kişilər) və zövcələr kölgəliklərdə (yumşaq) taxtlara söykənmişdir" ("Yasin", 56).

Tənnur - fars mənşəli sözdür. Təndir mənasındadır."Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı zaman Nuha dedik" ("Hud", 40)

Gunah - fasr mənşəli sözdür. Qonah (günah) mənasındadır. "(Ey möminlər!" həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Ev (Kəbəni) həcc və ümrə yolu ilə (qaydası ilə)  ziyarət edən şəxsin bunları təvaf etməsindən heç bir günah yoxdur" ("Bəqərə", 158)

Siccil - fars mənşəli sözdür. Daş, gül səng+ gel=səngəl mənasındadır. "(O quşlar) onlara bişmiş gildən düzəlmiş daşlar atırdı" ("Fil", 4).
Suradiq - fars mənşəli sözdür. Pərdə mənasındadır. (Fars dilindəki sərdar sözünün ərəbləşmış forması). "Onun pərdələri onları bürüyəcək" ("Kəhf", 29).

Sərabil - fars mənşəli sözdür. Sərbal sözünün cəm halıdır. Şəlvar-şalvar mənasındadır. "Sizi istidən (və soyuqdan) saxlayacaq şalvarlar düzəltdi" ("Nəhl", 81).

Category: Diger me'lumatlar | Baxış: 1127 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]