Bazar günü, 2024-12-22, 7:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 20 » Quran və İnsan
9:19 AM
Quran və İnsan
Quran və İnsan

    Vəhy - düşüncə sahiblərinin qəlbinə nazil olan İlahi çağırışdır.

Nazil olan ilk ayə:" Ey Muhəmməd! Sən Allah peyğəmbərisən" də ola bilərdi. Quranı başa düşüb Qurani həyat tərzi sürmək üçün üzərində dayandığımız mühüm mövzulardan  biri də Həzrət Muhəmmədə (s) nazil olan ilk vəhylərin hansı üslub və şəraitdə qəbul və təbliğ olunmasıdır. Bu məqsədlə epistemologiyanın  (tanıma nəzəriyyəsi) əhatə etdiyi bir incə məqama diqqət yetirmək lazımdır.

    DÖVR VƏ MƏKAN
    İlk vəhyin nazil olduğu dövr və makanın ən ümdə çətinliyi nədən ibarət idi?
    Tarix Həzrət Muhəmmədin (s.ə.s) peyğəmbərliyinə təyin olduğu dövrdə Məkkə və Mədinə şəhərlərində yazıb-oxumağı bacararaq ərəblərin sayının 11012 nəfər olduğunu göstərir. Demək vəhyin nazil olduğu dövr və məkanın ən böyük çətinliyi cəhalət (elmsizlik) olmuşdur.
    Bu səbəbdən də bu çətinliyin aradan qaldırılması üçün ilk vəhylər aşağıdakı əsasla nazil olmağa başlayır:
    1. Məlumatın çatdıracaq şəxsə (yəni Həzrət Muhəmmədə (s.ə.s) lazımı tərxdə vəhy mələyi vasitəsi ilə göndərilməsi.
    2. Məlumatın vaxtında, sadə və məntiqi şəkildə aşkar edilməsi.
    3. Məlumatın sadə şəkildə başa salınması.
    4. Məlumatın zehnlərlə yanaşı, qəlblərə də həkk olunması.

    HƏYAT DÜSURU
    Demək, vəhy özünün həqiqi  mənbəyində göstərildiyi kimi qəbul olunan, öyrənilən, dərk edilən və yaşanan həyat düsturudur.

    NAZİL OLAN İLK SURƏLƏRİN İLK AYƏLƏRİ ƏMR CÜMLƏSİ İLƏ BAŞLANIR

    OXU ƏMRİ
    İstənilən mühüm hadisə xəbərlə başlamalı olduğu halda, Həzrət Muhəmmədə (s.ə.s) nazil olduğu ilk ayələr "Oxu!" əmri ilədir - "Oxu, yaradan Allahın adı ilə!" "Ələq", 1. Sonuncu peyğəmbərə nazil olan ilk ayələr isim, fel, xitabla deyil, əmr cümləsi ilə gəlir. Axı sonuncu peyğəmbərə nazil olan ayələrdə onun peyğəmbərlərin sonuncusu, eləcə də ona göndərilən dinin sonuncu səmavi din olduğundan da xəbər verilə bilərdi. Necə ki, Musa peyğəmbərə (ə) Tur dağından nazil olan ilk ayədə " Ey Musa..." xəbər verilirdi. ("Ya Musa! Aləmlərin Rəbbi olan Allah mənəm!) "Qəsəs, 30.

    ARDICILLIQ
    "Ələq" surəsindən sonra nazil olan surələrin ilk ayələrnə də nəzər salaq. 
    "Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
    Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!"      ("Muzzəmmil" 1-2)
    "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!" (Muddəssir",1-2)

    FƏRQLİLİK
    Sənə əmr edirəm, bunu edəcəksən!". Hər iki surə eyni "Qalx! əmri ilə başlasa da, aralarında diqqət yetirməli olduğumuz mühüm bir fərq vardır. Əgər "Muzzəmmil" surəsində Peyğəmbərə (s.ə.s) qaranlıq nişanəsi olaraq yorğanın üzərindən  siyirib atmaq və iç dünyasına baş vurub ibadətə qapılmaq əmri olursa, "Muddəssir" surəsində qalxıb cəmiyyəti islah etmək və Allahın əzabı ilə qorxutmaq əmr olunurdu. Bütün bunlar nədən xəbər verir? Bu o deməkdir ki, İslamın ruhu onun yaşayaraq təbliğ etmək, yaşayaraq yaratmaqdır. İnsan daxili ruhi aləmini islah etməkdən və xarici maddi aləmini islah edə bilər, nə də başqalarına təsir göstərə. Sonuncu Allah peyğəmbərinin (s.ə.s) dəvət və təbliğ üsuli da məhz bundan ibarət idi.

    

Category: Diger me'lumatlar | Baxış: 739 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]