Bazar günü, 2024-12-22, 1:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 12 » Quran və hədislərdə yuxu
4:25 AM
Quran və hədislərdə yuxu
Qədim zamanlardan bəri yuxu və onun yozumu insanların diqqət mərkəzində olmuş və onun mahiyyətini dərk etməyə can atmışlar.
 Yuxunun dəqiq yozumu insanın tanınmasında mühüm rol oynayır.  Bəzi peyğəmbərlərin gördükləri yuxular dünyada baş vermiş mühüm hadisələrdən əvvəlcədən xəbər vermiş və Quranı-Kərimdə öz əksini tapmışdır.

Qurani-Kərimdə haqqında söhbət açılan yuxularda məqsəd nədir?

Alimlərin bu barədə əsaslı fikir irəli sürə bilməmələrinin ən başlıca səbəbi bütün proseslərə maddi gözlə baxmaları və yuxunun təsirini nəzərə almamalıdır. Yuxu cismani ünsür olmaqdan əvvəl ruhi ünsürdür. Və mühüm mahiyyəti dərk olunmadan onun barəsində hər hansı bir ciddi fikir irəli sürmək sadəcə olaraq mümkün deyil.

Yuxu həyatı

Yuxuda biz səfərə çıxır, düşmənlə dostluq edir, dostlarımızla savaşır, əldə edə bilmədikıərimizi asanlıqla əldə edir, əksinə əldə etdiklərimizdən məhrum oluruq və s. Bəzən də gələcəkdə nələrin baş verəcəyini görürük. Qəribə deyil?

QURANDA ƏN ÇOX YUXU MÖVZUSUNA TOXUNULAN "YUSUF" SURƏSİDİR.

Nə üçün yuxu görürük?

 *Beyin qan-qan deyir
Orqanizmin fəaliyyəti nəticəsində qanın çox hissəsi beyindən bədənin digər hissələrinə ötürülür. Bu səbəbdən də yuxu fiziki amil ilə əlaqələndirilir.

 *Bialoji və psixoloji amillər
İnsanın fiziki fəaliyyəti dayandıqdan sonra orqanizmdə kifayət qədər enerji qaldığı bir halda kimyəvi proseslər başlanır ki, bunun da nəticəsində insan yuxu görür.

 *Fiziki fəaliyyət
Fiziki fəaliyyət nəticəsində orqanizmdə zəhət toplanır ki,bu da sinir sisteminə təsir göstərir. Nəticədə müxtəlif yuxular görünür. Bu proses zəhər əriyənə qədər davam edir.

SİNİR SİSTEMİ

Beyinin içində qərar tutan fəal sinir sistemi daim hərəkətdə olur. İnsan xəstələndikdə fəaliyyətini dayandırır və bir müddət öz funksiyasını yerinə yetirmir.

İMAM ƏLİ (Ə)
"Müsəlman bir şəxs cünub halında yatmamalıdır. Yatmazdan əvvəl qüsl və ya dəstəmaz alın.Su tapmadıqda təyəmmüm edin. Çünki mömin yatdığı zaman onun ruhu Allah dərgahında ucalar və Allah-Təala onu qəbul edərək bərəkətləndirər. Əgər yuxuda ikən ömrü başa çatmazsa, Öz mələkləri ilə sahibinin bədəninə qayıdar".

MƏNA VƏ MƏFHUM
Qurani-Kərimdə yuxu mənasını verən iki kəlmədən istifadə olunmuşdur:1-nəum; 2-ruya. Ruya görmək mənasını ifadə edən (rəa) kökündən götürülmüşdür.

Quran yuxunu ruhun bədənindən qismən ayrılması kimi qiymətləndirilir

* QURAN "ZÜMƏR" 42
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.

Demək, Allah ruhları həm insan öldüyü, həm də yuxuda qaldığı zaman alır. Əcəlləri çatan şəxslərin ruhlarını bir daha sahiblərinə qaytarmır, çatmayanlarınkını müəyyən vaxta qədər sahiblərinə qaytarır. İnsan yuxuya qaldıqdan sonra cismi ilə ruhu arasındakı əlaqə ən zəif həddə çatır.

YUXUNUN NÖVLƏRİ

*Doğru yuxular
Bir səra əlamətlərdən istifadə edərək dəqiq yozumu olan yuxulara deyilir. Hədislərdə bu kimi yuxular ruhun mələklərlə görüşü kimi qələmə verilir. Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyrulur:" İnsanın pak və dəstəmazlı halda gördüyü yuxular doğru yuxulardır. Bundan qeyriləri doğru yuxular deyildir.

* Yalan yuxular
Toxqarnına, xəstəlik zamanı, yorğunluq, əddindən artıq yatmaq nəticəsində görülən yuxular, adətən yalançı yuxulardır. Boş və heç bir mənası olmayan yuxular da yalançı yuxular hesab olunur.

 *Şeytani yuxular
Bəzən insan yuxuda onu günaha sürükləyən şəhvani yuxular görür ki, bunun bir çox əsas səbəbi gün ərzində həmin günah fikirdə olması, günah səhnələri izləməsi olur. Bu kimi yuxuları, adətən yeniyetmələr görür.

İMAM SADİQ (Ə)
İmam Sadiq (ə) şagirdlərindən birinə buyurur: "Gördüyün yuxular barədə dərindən düşünüb-daşın. Bax gör Allah-Təala bunlarla sənə nə demək istəyir, doğru və yalan yuxuların bir-biri ilə necə əlaqələndiyinə diqqət yetir. Çünki yuxuların hamısı doğru olsaydı, hamı peyğəmbər olardı. Və əgər bütün yuxular yalançı olsaydı, onların heç bir əhəmiyyəti olmaz və insanlar yuxuya lazımsız bir şey kimi nəzər salardılar. Lakin insanların hidayət olub faydalanmaları üçün yuxuların bəziləri doğru, çox əhəmiyyət verməmələri üçün də bəziləri yalançı olur".

***

İlahi möcüzə olaraq Həzrət Yusuf (ə) yuxuyozma bacarığına yiyələnmişdir. Bu barədə onun adını daşıyan surədə xəbər verilir.

QURANDA YUXU AYƏLƏRİ

"FƏTH" 27
Burada Həzrət Muhəmmədin (s.ə.s) əvvəlcədən Məkkəni fəth edəcəyini yuxuda görməsi işarə olunur.

"İsra" 60
Əməvilərin hakimiyyəti və İslam hakimiyyətinin gələcəyinə xəbər verilir.

"Ənfal" 43
Məkkə müşrüklərinin Bədr döyüşündə məğlub olacaqlarından xəbər verilir.

"Saffat" 102, 103
İbrahim Peyğəmbər (ə) oğlu İsmaili (ə) yuxuda qurban kəsdiyini görür.

"Yusuf" 4
Həzrət Yusuf yuxuda on bir ulduzun, ay və günəşin onun qarşısında səcdə etdiyini görür.

"Yusuf" 43 və 49
Misir hakimi yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini görür.

"Yusuf" 36 və 41
Həzrət Yusufun (ə) iki zindan yoldaşının gördükləri yuxudan və onun yuxularını yozmasından söhbət açılır.

"Qəsəs" 7
Həzrət Musanın (ə) anası oğlunu səbətə qoyaraq çaya buraxdığını görməsində söhbət açılır




Category: Diger me'lumatlar | Baxış: 3119 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]