Bazar günü, 2024-12-22, 6:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 22 » Qohumbazlıq Quranda
8:44 AM
Qohumbazlıq Quranda
    Quhumbazlıq Quranda
    Bəzən "quhumbazlıq siyəsəti" yürütməyimiz nəticəsində haqqa əməl etməkdə, ən az həqiqəti müdafiə etməklə çətinlik çəkirik.

    Bütün hallarda olduğu kimi. burada da ən başlıca səbəbi Qurandan uzaq düşməyimiz və ya nəfsani istəklərimizə uyub şəxsi mənafeyimizə uyğun əməl etməyimiz olmuşdur.

    Bəs Quran necə? Quran, peyğəmbər övladı olmağın xüsusi imtiyaza səbəb olmadığını bəyan edir:
    1.Yaqub peyğəmbərin (ə) övlladları qardaşları Yusifi suyu qurumuş quyuya atmaqla böyük günaha yol verirlər. Lakin buna baxmayaraq Quran onların yersiz düşmənçiliklərinə işarə edərək iman əhlini bundan çəkindirir.
    2. Nuh peyğəmbərin oğlu Kənan atasına itaətsizlik etməklə sel sularında boğularaq dünyasını küfr halında dəyişir. ("Hud" surəsi, ayə 43-44)
    3. Əbu Ləhəb peyğəmbərin (s.ə.s) olmasına rəğmən həyat yoldaşı ilə birlikdə ömrünün sonadək iman gətirmədiyindən Cəhənnəm əhlindən birinə çüvrilir. Onun haqqında tam bir surə nazil olur: "Məsəd" surəsi.
    4.  İbrahim (ə) peyğəmbəri böyüdün başqa çatdıran əmisi Azər ömrünün sonunadək bütpərəstlikdən əl çəkmir və nəticə də digər bütpərəstlər kimi, Allaha şərik qoşanlar sırasında olur. ("Ənam",74)
    5. Lut peyğəmbərin (ə) həyat yoldaşı ərinin gətirdiyi dinə məhəl qoymadan pozğunluğa qurşanır və bunun nəticəsində Lut qövmü ilə birlikdə İlahi əzaba düçar olur.
    6. Peyğmbərin (ə) həyat yoldaşları Həfsə və Aişə ailə sirrini açdıqlarından "Təhrim" surəsinin ilk ayələrindən məzəmmət olunurlar.



Category: Diger me'lumatlar | Baxış: 856 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]