Bazar günü, 2024-12-22, 12:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 29 » Qonşuların və yetimlərin hüquqları
5:47 PM
Qonşuların və yetimlərin hüquqları

Qonşuların və yetimlərin hüquqları

Bilin: Qonşunun  haqqına riayət etmək barədə çox təkidlər edilmişdir.O cümlədən Hz. Peyğəmbər (s.ə.s) buyurur ki, Cəbrail həmişə mənə qonşuların hüquqlarına riayət etmək barəsində vəsiyyətlər edərdi. Hətta belə güman etdim ki,ona bir miras da müəyyən edəcəkdir (Əmali, Səduq, səh 256)
Beləliklə qonşuların hüquqlarına həmişə riayət etmək həmçinin onlara əziyyət verməmək gərəkdir. Hər kəs qonşulara əziyyət edərsə Allah-Təalanın Cənnətinin iyini ona haram edəcəyi və onun yeri Cəhənnəm ocagı olar. (Əmali, Səduq. səh. 256)
Rəvayət edilmişdir ki, hər kəs qonşunun evinətamah salıb ona əziyyət edərsəAllah onun evini qonşuya qismət edər. (Bihar, 74-cü cild, səh.150)
Əgər qonşuya etdiyi haqsızlıqdan çəkinərsə Allah-Təala qiyamət günü onun günahlarından keçər. (Əmali, Səduq, səh. 330)
Qonşunun haqqını bilmək, tanımaq üçün üfrə (orada yaşayan insanlara) müraciət etmək lazımdır. (Meracus, sadə, səh. 539)
Həzrət İmam Sadiq (ə)- dan nəql olunur ki, hər tərəfdən qırx evə qədər qonşu hesab olunur. (Xisal, 2-ci cild, səh.113)
Başqa bir hədisdə də buyrur:Mal hüquqlarından bir də ehsan haqqıdır ki, hər kəs verməsə Allah-Təala ona Cəhənnəm vədəsi vermişdir.(Maun surəsi ayə 7)
Bu da qonşuya verilən borc ona edilən yaxşılıq və zəruri olan ev əşyalarını ona istifadə etməyə verməkdir.
  Ravi dedi: Bizim elə qonşularımız vardır ki, onlara bir şey verdikde sındırır və ya tamam zay edirlər Belə olan halda onlara o şeyləri verməsək günah etmiş oluruq? Buyurdu:-Belə olsa verməsəniz sizə günah sayılmaz.
Digər hədisdə buyrulur ki,qonşuya duz və odun verməmək  halal deyildir.Həmşinin o Həzrətdən nəql olunmuşdur ki,qonşuya ev sahibinin xəmir və ya çörək borc verməkdən və atəş xahiş etməkdən boyun qaçırmayın ki,bu iş ruzunun çoxalmasına səbəb olar. Eləcədə bu yaxşı əxlaqdan sayilir.

Yetimlərin hüququ və bunlara riayət etmək

Bir çox mötəbər hədislərdə vardır ki,yetim malını nahaq yerə yemək kəbirə (böyük) günahlardan sayılır.Həzrət Əmirəlmöminin  (ə)-dan nəql olunur ki, hər bir mömin kişi və qadın məhəbbətlə yetim başına əl çəkərlərsə Allah-Təala üstündə əli olan tüklərin sayı qədər ona yaxşı əməl yazar. (Səvabul-əmal, səh. 181)
Yetimə baxmaq onun halına yanmaq və onlara xərclik verməyin fəziləti barəsində mötəbər hədislər çoxdur. Lakin bu müxtəsər yazı onları zikr etmək üçün kifayət deyildir.


Category: Diger me'lumatlar | Baxış: 781 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]