Şənbə günü, 2024-12-21, 9:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 10 » Qohumluq əlaqələrini kəsmək haqda hədislər
8:13 AM
Qohumluq əlaqələrini kəsmək haqda hədislər
Qohumluq əlaqələrini kəsmək haqda hədislər.
Hədislərdə də qohumlarla əlaqəni kəsmək tənqid olunur və pislənir.

Sileyi-rəhimi tərk etmək Allaha şərik qoşmaqla bir sıradadır:
"Bir nəfər həzrəti-Mühəmməd (s)-dən soruşdu:-Allah dərgahında ən pis əməl hansıdır?
Buyurdu:
-Allaha şərik qoşmaq.
Həmin şəxs soruşdu:
-Bundan sonra hansıdır?
Rəsuli-Əkrəm(s) buyurdu:
-Sileyi-rəhimi tərk etmək(Yenə ordai: II c/s-641 / hədis-7.)

Sileyi-rəhimi tərk etmək və Tanrının mərhəmətindən uzaqlaşmaq:
Başqa bir rəvayətdə nəql olunur ki, sileyi-rəhimi tərk edən Allahın lənətinə layiq görülüb onun mərhəmətindən uzaq olar. Həzrəti imam Səccad(ə) oğlu imam Baqir(ə)-ə vəsiyyətlərinin birində belə buyurdu:
«....(Övladım!) Öz qohumları ilə qohumluq əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə, çünki onlar «Quran»da üç yerdə lənətlənmişlər. (Sonra «Mühəmməd» surəsinin 24,25-ci ayələrini, «Rəd» surəsinin 25-ci ayəsini və «Bəqərə» surəsinin 27-ci ayəsini tilavət etdi).(«Üsul Kafi» II c/s-641 / hədis-7)»

Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur:
Peyğəmbər(s) buyurdu:
«Üç dəstə behiştə daxil olmayacaqdır: şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.»(«Əl-xisal» (Şeyx Səduq): I c/s-177 / hədis-208)
Bir sözlə, kim əxlaqlı olmasını iddia edirsə, gərək islamın diqqət yetirdiyi bu mühüm məsələyə ciddi yanaşsın, çünki bunu tərk etmək məhvə səbəb olar.
Həzifə ibn Mənsur İmam Sadiq(ə)-dən belə nəql edir:
«Haliqədən çəkinin, çünki haliqə insanı öldürür.» Soruşdum: «Haliqə nədir?» Buyurdu: «Qohumluq əlaqələrini kəsmək.»(«Mişkatül-Ənvar»: səh-165. «Məhəccətül-beyza» III c/s-431)


Category: Exlaq | Baxış: 1117 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]