Əsas səhifə » 2012 Yanvar 29 » QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR
10:56 AM QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR | |
QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR Allah-taalanın valideynə verdiyi övladların qədrini bilmək lazımdır. Bilmək lazımdır ki, onlar İlahi əmanətlərdir. Valideynlər, onların müqabilində öz məsuliyyətlərini bilməlidir. Onların tərbiyəsində çox çalışmalıdırlar. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Ona görə də görürük ki, Məsumların (əleyhimussalam) rəvayətlərində qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə təkid olunub. Aşağıdakı misallara diqqət edək: Həzifə Yəməni, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur: "Ən yaxşı övladlarınız qızlarınızdır. (Məkarimul Əxlaq səh 219 ) Yenə də Həzrətdən nəql olunur, buyurur:"Qızlar ehsan, oğlanlar isə nemətdirlər. Ehsana mükafat və savab veriləcək. Nemət barəsindəinsandan sorğu-sual olunacaq."(Məkarimul Əxlaq səh 219 ) İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) müjdə verilir ki, Allah sizə qız uşaqı bağışlayıb. Əshab bu xəbəri eşitməklə üz gözlərini turşudaraq narazılıq haləti alırlar. Həzrət buyurur: Sizə nə oldu? Bu nə haldır baş verib? Qız uşaqı bir güldür ki, onu iyləyərəm. Ruzisi də Allahladır." Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Ən yaxşı övladlar özlərini qoruyan qız uşaqlarıdır. Hər kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. Hər kimin iki qızı olsa, Allah onlarla valideynlərini behiştə salar. Hər kimin üç qızı və ya üç bacısı olsa, Allah ondan cihad və sədəqə əmrini götürər." İbni Abbas, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur: "Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir." | |
|
Total comments: 1 | ||||||
|