Cümə axşamı, 2024-04-18, 3:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 6 » Qiyamət, Ay parçalandı!
4:16 AM
Qiyamət, Ay parçalandı!
İlahi möcüzə - müşrükləri aciz qoyan hadisə

Əgər yadınızdadırsa, ötən sayımızda Peyğəmbərin (s.ə.s) möcüzəsi olan ayın bölünməsi barədə məlumat vermişdik. Bu sayımızda isə NASA-nın apardığı kosmik araşdırmaların nəticəsini təqdim edirik. 
NASA apardığı kosmik araşdırmalar nəticəsində Ayın nə vaxtsa ikiyə bölündüyü və sonradan yenidən birləşdiyini bildirir. İordaniyalı alimlər NASA-ya bu hadisənin 15 əsr bundan əvvəl müsəlmanların Peyğəmbəri  Həzrət Muhəmməd (s.ə.s) möcüzəsi nəticəsində baş verdiyi bildirmişlər. Lakin NASA belə bir hadisənin digər planetlərdə baş vermədiyindən hələ bu vaxta qədər Ayda baş verənlərə heç bir elmi açıqlama verə bilməmişlər. "Qəmər" surəsinin ilk ayələrində bu mətləbə toxunularaq, buyrulur:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı." ("Qəmər", 1)

وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ
Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) ("Qəmər" 3)

Category: Diger me'lumatlar | Baxış: 952 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]