Bazar günü, 2024-12-22, 10:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Fevral » 27 » Qəflətdən ayılmaq və məsuliyyət daşımaq
4:02 PM
Qəflətdən ayılmaq və məsuliyyət daşımaq
 
Qəflətdən ayılmaq
 məsuliyyət daşımaq

Allaha tərəf gedən şəxs üçün ikinci addım qəflətdən ayılıb, məsuliyyət daşımaqdır. İnsan bu böyük dünyaya əbəs yerə gəlməmişdir. "Qurani-Kərim”də buyurulur:
"Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?" («Mominun»-115)
"Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!.." («Ali-İmran»-191)
Lakin əfsuslar olsun ki, bəziləri hətta ölüm ayağında belə qəflət yuxusundan ayılmırlar. "İnsanlar yuxudadırlar. Öləndə ayılırlar."  
Ancaq nə faydası ki, ölümdən sonra oyanmaq təkcə peşmançılıq və həsrətə səbəbdir. Allah-təala insanları belə gündən çəkindirərək buyurur:
"Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut". («Məryəm»-39)
Başqa bir yerdə buyurur:
"Məhv olsun yalançılar! Cəhalət girdabına düşüb qafil olanlar!". («Zariyat»-10,11)
"Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır". («Munafiqun»-9)
Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki ona itaət etməmək nəticəsində Tanrının qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et".  
"Zikr əhli o kəslərdir ki, oyanış nurunu gözlərində, ayıqlığı ətlərində və qanlarında qərar verib Allah gününü (Qiyamət gününü) həmişə yada salarlar. (Yəni başdan-ayağa ayıqdırlar və Allah gününü yaddan çıxarmırlar.)[88]
"Ayıqlıq nurdur, ayıqlıq bəsirətdir. Dində agahlıq bir nemətdir, hər kimə əta olunsa, ona ruzi verilmişdir".  
"Bir kəs yoxdur ki, ölümdən qabaq qəflət yuxusundan oyansın?"  
"Qəflətdən uzaq olun, çünki qəlbin rəhimsizliyi təkcə qəflət yatağında bəslənir."  
İmam Səccad(ə) dua edərkən qəflət yuxusundan Allaha pənah apararaq belə deyir: "İlahi, tənbəllik, süstlük, kədər, paxıllıq və qəflətdən sənə pənah gətirirəm". 
Sübh duasında oxuyuruq:
"Ey o kəs ki, əmin-amanlıq beşiyində məni yuxuya apardın. Nemətlərə və yaxşılıqlara yetişmək üçün məni ağır yuxudan oyatdın…"

Ona görə də, ey müsəlman qardaş və bacım, nə qədər ki, gec deyil qəflət yuxusundan ayılıb axirət yolunun qayğısına qal. Sabaha qalsa, gec olar, əcəl peyki qəflətən səni yaxalayar.

Xatırlama
İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar. Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir. "Qurani-Kərim”də buyurulur:
"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." («Ali-İmran»-191)
Bu barədə çoxlu rəvayətlər var. Həzrəti-Əli(ə) buyurur:
"Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." («Nəhcül-bəlağə», xütbə-110)
"Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."  
"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."  
Həzrəti- Əli(ə) "Həmmam" xütbəsində buyurur:
"Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır." 
Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur:
"Onlar Allahın adı çəkilən zaman elə ağlayırdılar ki, ətəkləri göz yaşından islanır, küləyin təsirindən lərzəyə gələn ağac kimi titrəyirdilər."  
"Allahı yad etmək bütün nəfsani xəstəliklərin dərmanıdır."   
"Allahı həmişə xatırla ki, O, qəlbin nurudur."  
"Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur." 


 Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni  


Category: Exlaq | Baxış: 860 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]