Əsas səhifə » 2010 Fevral 18 » Qəflətdən ayılmaq
8:31 PM Qəflətdən ayılmaq | |
Qəflətdən ayılmaq
və
məsuliyyət daşımaq
Allaha tərəf gedən şəxs üçün ikinci addım qəflətdən ayılıb, məsuliyyət daşımaqdır. İnsan bu böyük dünyaya əbəs yerə gəlməmişdir. "Qurani-Kərim”də buyurulur: "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?" («Mominun»-115) "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!.." («Ali-İmran»-191) Lakin əfsuslar olsun ki, bəziləri hətta ölüm ayağında belə qəflət yuxusundan ayılmırlar. "İnsanlar yuxudadırlar. Öləndə ayılırlar." Ancaq nə faydası ki, ölümdən sonra oyanmaq təkcə peşmançılıq və həsrətə səbəbdir. Allah-təala insanları belə gündən çəkindirərək buyurur: "Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut". («Məryəm»-39) Başqa bir yerdə buyurur: "Məhv olsun yalançılar! Cəhalət girdabına düşüb qafil olanlar!". («Zariyat»-10,11) "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır". («Munafiqun»-9) Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki ona itaət etməmək nəticəsində Tanrının qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et". "Zikr əhli o kəslərdir ki, oyanış nurunu gözlərində, ayıqlığı ətlərində və qanlarında qərar verib Allah gününü (Qiyamət gününü) həmişə yada salarlar. (Yəni başdan-ayağa ayıqdırlar və Allah gününü yaddan çıxarmırlar.) "Ayıqlıq nurdur, ayıqlıq bəsirətdir. Dində agahlıq bir nemətdir, hər kimə əta olunsa, ona ruzi verilmişdir". "Bir kəs yoxdur ki, ölümdən qabaq qəflət yuxusundan oyansın?" "Qəflətdən uzaq olun, çünki qəlbin rəhimsizliyi təkcə qəflət yatağında bəslənir." İmam Səccad(ə) dua edərkən qəflət yuxusundan Allaha pənah apararaq belə deyir: "İlahi, tənbəllik, süstlük, kədər, paxıllıq və qəflətdən sənə pənah gətirirəm". Sübh duasında oxuyuruq: "Ey o kəs ki, əmin-amanlıq beşiyində məni yuxuya apardın. Nemətlərə və yaxşılıqlara yetişmək üçün məni ağır yuxudan oyatdın…" Ona görə də, ey müsəlman qardaş və bacım, nə qədər ki, gec deyil qəflət yuxusundan ayılıb axirət yolunun qayğısına qal. Sabaha qalsa, gec olar, əcəl peyki qəflətən səni yaxalayar. Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni
| |
|
Total comments: 0 | |