Əsas səhifə » 2012 Yanvar 24 » “Qeybət və sui-zənlər ictimai həyatdan bərəkəti aparır”
8:53 PM “Qeybət və sui-zənlər ictimai həyatdan bərəkəti aparır” | |
"Qeybət və sui-zənlər ictimai həyatdan bərəkəti aparır” İslam alimi Raşid Yəzdi əzadarlıq mərasimində demişdir: "Allah Təala Qurani-Kərimdə belə buyurur:"Ey iman əhli! Əgər təqvasiz biri sizə xəbər gətiribsə, xəbərini tədqiq et və araşdır ki, məbada agahsızlıq üzündən kiməsə ziyan vurasınız və elədiklərindən peşman olasınız”. Sui-zənn, başqalarının eybini axtarmaq, insanların eyiblərini başqalarına söyləmək haramdır. Qadınlar gərək başqa qadınları məsxərə etməsinlər. Ola bilsin ki, məsxərə olunanlar məsxərə edənlərdən yaxşı olsunlar. Ona görə də bir-birinizin eybini axtarmayın. Bəzi vaxtlarda Allah bəzi bəndələrinə qarşı xüsusi inayət edir, onlara öz eyiblərini göstərər. Qoymaz ki, eyib axtaranlar onların eyblərini axtarsınlar. Peyğəmbəri-Əkrəm (s) bir gün məscidə gəlir və yüksək səslə buyurur: "O insanlar ki, dilləri ilə iman gətiriblər, qəlbləri agahsızdır, bu qədər insanların eyblərini axtarmaq dalınca olmasınlar. Çünki əgər kimsə möminin abrını aradan apararsa, Allah da onların abrını aparar”. Allahın Rəsulu (s) qeybəti daha da pis hesab edir. Ona görə də heç bir vaxt insanlarda eyib axtarmayın, onların qeybətini etməyin. Bugünkü cəmiyyətdə olan böyük səhvlərdən biri də odur ki, insanlar eyib axtaranların sözlərinə etina edirlər. İnsanların eybini axtarmaq onu gözəlliklərdən məhrum edir. O kəslər ki, təzə ailə həyatı qurublar, xüsusilə də xanımlar gərək həyat yoldaşlarının eyblərini bəyan etməsinlər. Əgər bu işi görsələr, hamıya məlum olar ki, onların dindən məlumatı yoxdur. Problemləri başqalarına bəyan etmək çox pis nəticələr verə bilər. Ərlə arvad üçün problem yarada bilər. Həyat yoldaşları gərək bir-birlərini tərifləsinlər. Sui-zənn və eyib axtarmaq - iki böyük günahdır. Qeybət kimi günahlar bu gün cəmiyyətdə çox yayılmışdır. Ona görə də müşahidə edirik ki, bəzən ictimai həyatda bərəkət itmiş olur. Günahlar qəlbləri Allahdan uzaq edər”. (Həvzəh/deyerler) | |
|
Total comments: 0 | |