Bazar günü, 2024-12-22, 11:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Dekabr » 28 » QAN YEMƏK
2:06 PM
QAN YEMƏK

 


QAN YEMƏK
     İslamda günah əməllərdən biri də qan yeməkdir. Pakizə Allah Qurani-kərimdə bizi bu əməldən çəkindirərək buyurur:
"O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini ...qəti haram etmişdir". [Beqere,173]
      Hazırda qan yemək əsasən heyvanların şəri qanunlarla düzgün kəsilməməsi nəticəsində baş verir. Belə ki, ya kəsildikdən sonra heyvanı, damarlarında qalmış qanın normal həddə axması üçün başıaşağı tutulmalıdır ki, təəssüflə bu iş bəzən görülmür və beləliklə xalq qan yeməyə düçar olurlar. Ya da ümumiyyətlə heyvan kəsilmir (qeyri-İslami ölkələrdə). Bu səbəbdən görürsünüz ki, bu şəxslərin bir çoxu minlərlə insanı öldürərək, heç nigəran olmayacaq və özünə fəxr biləcək qədər daşürərklidirlər.

QAN YEMƏYİN CİSMİ ZƏRƏRLƏRİ

        Qan yemək həm cismi baxımdan, həm də əxlaqi nöqteyi-nəzərdən zərərlidir. Çünki qan, müxtəlif mikrobların inkişafı üçün bir tərəfdən tam hazır maddədir.
         Bədənə daxil olan bütün mikroblar, qana hücum edir və qanı öz fəaliyyət mərkəzi bilirlər. Bu cəhətdən bədən ölkəsinin əsgərləri, qoruyucuları sayılan leykositlər (ağ qan cisimcikləri), bədənin bütün məntəqələri ilə sıx əlaqədə olan bu həssas səngərə mikroblar yol tapa bilməsin deyə, qan məntəqəsini mühafizə edirlər. Xüsusilə qan dövranının dayanması və necə deyərlər ölməsi ilə, leykositlər məhv olur və bu səbəbdən, meydanı hərifsiz görən mikroblar sürətlə artaraq yayılmağa başlayır. Bu üzdən əbəs deyilməmişdir ki, qan, dövranının dayandığı an, insan və heyvanın ən çirkin bədən üzvüdür.
Başqa bir tərəfdən, hazırda qidaşünaslıq elmində (dietologiyada) isbat olmuşdur ki, yeməklər vəzlərə təsir edib hormonlar yaratmaq vasitəsilə, insanın əxlaqı və ruhiyyəsində iz qoyur, qədimdən də daşürəkli olmaqda qan yeməyin təsiri təcrübə edilmiş, hətta bu barədə atalar sözü də gəlmişdir. Bu baxımdan bir hədisdə oxuyuruq: "Qan yeyən şəxslər atalarına, analarına və övladlarına rəhm etməyərək, onları öldürəcək qədər daşürəkli olarlar".


Müəllif: Mehdi Tahiri

 
Category: Diger me'lumatlar | Baxış: 2614 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]