Bazar günü, 2024-12-22, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 28 » QƏM_QÜSSƏ
5:50 PM
QƏM_QÜSSƏ
QƏM-QÜSSƏ
(Burada da qəm-qüssə deyildikdə, maddi dünya üçün edilən qəm-qüssə nəzərdə tutulur. Çünki axirətlə bağlı olan qəm-qüssə insan həyatında müsbət təsirə və ruh yuksəkliyinə səbəb olur.)
     İmam Əli (ə) buyurub: 
     
الحزن يهدم الجسد

     «Qəm bədəni viran edir». («Nəhcül-Bəlağə» (Feyz), səh.1143)
     Başqa rəvayətdə buyurur: «Kədər qocalığın yarasıdır». («Ğürərül-Hikəm», səh.23)Ruhla bədən bir-birilə o qədər əlaqəlidirlər ki, hər birinin vəziyyətinin yaxşı ya pis olması digərinə sirayət edir. Buna görə də insanın ruhu bədəninin təsiri altındadır. İnsanın hüznlü vəziyyəti istər-istəməz onun bədəninə pis təsir qoyaraq cismini düzgün istqamətdən yayındırır. Qəm-qüssə, əsəblərin taqətdən düşməsi, qan təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və sair xəstəliklərin amilidir. Qüssənin təsirindən bədən açıq-aşkar əriməyə, arıqlamağa başlayaraq get-gedə öz müqavimət qüvvəsini itirir. Bununla da bədən müxtəlif xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: «Kimin kədəri çox olarsa bədəni xəstə olar».

Mehdi Tahiri

Category: Bezi meslehetler | Baxış: 1304 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]