Əsas səhifə » 2011 May 26 » Qəlblərin Quranı
2:07 PM Qəlblərin Quranı | |
![]() Quran - oxunub qurtarmayan Ilahi kitabdır. Hər dəfə oxuduqda mənası yenilənən xitab. Bunun üçün də böyük alimlərdən olan İqbal Lahurinin oğlu ona "Atacan, Quramı oxuyuram, amma ayələrdən bir çoxunu başa düşmürəm" - dedikdə oğluna belə cavab verir: " Oğlum, Quran sənə nazil olmuş kimi oxu!". Quranı oxumazdan əvvəl mənən hazır, onun nazil olacağı yeri, yəni qəlbi bütün pisliklərdən təmizləmək lazımdır. Quranı bütün ağızlar oxuyar, amma Quran yalnız pak qəlblərə nazil olar. Qurana həyat kitabı, daha doğrusu, həyat kitabı kimi nəzər salmaq lazımdır. Quranı oxumazdan əvvəl ona belə bir xitab edək: Ey Quran! Bilmədiklərimi, yanlış bildiklərimi səndən soruşmaq və səndən cavab almaq istəyirəm. Cavabı eşitdikdən sonra : "Eşitdik, itaət etdik, elə isə rəhm et bizə, bağışla bizi" - deməliyik. Əgər eşidib itaət etmişiksə, onda bağışlanmaq nə üçündür? Görəsən, bunun nə anlamı var? Nə üçün Allah bizə belə dua etməyi öyrədir? Məgər eşidib itaət etdikcə məsələ həll olunmur? Görünür həll olunmur... Çünki bir çox hallarda eşidib itaət etdikdə də, səhvə yol veririk. İnsan olaraq yalnış eşidib, yalnış nəticə çıxarıb, yalnış həll edə bilərik. "Eşitdik, itaət etdik, ey Rəbbimiz, rəhm et, bağışla bizi, Sənin rəhmətinə sığınıram". Eşitmək burada, sadəcə, çağırışın eşidilməsi deyil, başa düşmək, dərk etmək mənasını verir. Bir şeyə itaət etmək üçün hər şeydən əvvəl onun mənasını dərk etmək lazımdır. ![]() | |
|
Total comments: 0 | |