Şənbə günü, 2024-11-23, 1:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 25 » QƏDİR_XUM
8:21 AM
QƏDİR_XUM
 
QƏDİR-XUM

Bismilləhir Rahmənir Rahim!
 
Allahın Rəsulu (s) ömrünün axırıncı ili Həcc ziyarətinə getmək qərarına gəlir. Onun bu səfərinin xəbəri yayıldıqda camaat Peyğəmbərin (s) dəstəsinə qoşulmaq üçün Mədinə şəhərinə toplaşır. Məkkə, Yəmən və yolda ona qoşulanlardan əlavə, Mədinədə cəm olanların sayı 120 min nəfərə yetişmişdi.
 
 Peyğəmbər (s) həcc əməllərini yerinə yetirdikdən sonra Mədinə şəhərinə döndükdə Xum vadisinə yetişdi. Peyğəmbərin (s) bu məntəqəyə yetişməsi zilhiccə ayının 18-i cümə axşamı, zöhr vaxtına təsadüf edirdi.
Bu böyük karvan vadiyə yetişdiyi zaman vəhy mələyi Cəbrail Allahın əmri ilə enərək bu ayəni Peyğəmbərə (s) nazil etdi: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”
Maidə surəsi, ayə 67
 
 Beləliklə, Allah-təala Peyğəmbərinə (s) Əlini (ə) özündən sonra xəlifə, vəsi və insanlara İmam təyin etməyi və bunu camaata çatdırmağı əmr etdi. Eyni zamanda onun vilayətini tanımağı və ona itaət etməyi insanlara vacib bilmişdir.
 
Peyğəmbər (s) bu məntəqəyə yetişdikdə dayanaraq arxada qalanların ona çatmasını, qabaqdakıların isə qayıtmağını əmr etdi. Zəvvarlar o Həzrətin ətrafına cəm oldular. Namazın vaxtı yetişdiyi üçün Peyğəmbər (s) camaatla birgə namaz qıldı.
 
Hava şiddətli isti idi, qızmar günəşin hərarətindən müsəlmanların bəziləri əbalarını başına çəkmiş, bəziləri isə ayaqlarının altına qoymuşdu. Allah Rəsulunun (s) kölgələnməsi üçün quru ağacların üstünə örtük çəkib dəvə xurcunlarını minbər sayağı bir-birinin üstünə qoydular.
 
Camaatın onu görməsi üçün Peyğəmbər (s) xurcun qalığının üstünə çıxıb səsinin camaata yetişməsi üçün uca və bəlağətli xütbəyə başladı: "Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm... Mən şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur, Məhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan gedəndə iki dəyərli şeyi, Quranı və Әhli-beyti, sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qurana və Әhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız”.
 
Daha sonra Әli (ə)-ın əlindən tutub göyə qaldırdı və buyurdu: "Ey camaat, mən hər kimin mövlasıyamsa Әli də onun mövlasıdır. Allahım, onu sevəni sev, onunla düşmən olanla düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt”. Peyğəmbər (s) xütbəsini qurtardıqdan sonra o həzrətə mələk nazil olaraq bu müjdəni verdi: "Bu gün Әlinin seçilməsi ilə islam dini kamil və Allahın nemətləri xalqa tamamlanmış oldu”.
 
Zilhiccə ayının 18-də baş vermiş bu tarixi hadisə Qədir-Xum bayramı kimi İslamda qeyd olunur. Zilhiccə ayının 18-i bizim təqvimlə bu il yanvarın 8-ə düşür. Bu münasibətlə qəlblərdə Əli (ə) məhəbbəti olan bütün müsəlmanları təbrik edirik.
Category: Diger me'lumatlar | Baxış: 831 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]