Bazar günü, 2024-12-22, 9:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 30 » Qəbul edilən və qəbul edilməyən təlimatlar
4:05 AM
Qəbul edilən və qəbul edilməyən təlimatlar

Qəbul edilən və qəbul edilməyən təlimatlar


Peyğəmbəri-Əkrəm (s) və İmamlarımız (ə) insanları düz yola hidayət edən zaman iki yolu əsas tuturdular: qəbul edilən və qəbul edilməyən təlimatlar. Qəbul edilən təlimat dedikdə, o təlimlər nəzərdə tutulur ki, orada Haqq yolu və həqiqət axtaranlar üçün onun faydaları bəyan edilmişdir. Ancaq qəbul olmayan təlimatlar isə o təlimlərdir ki, batil fikirləri qadağan edirdi. Bəşər o əqidələrdən çəkinməlidir. Əhli-beytin (ə) həyatı da bu iki əsas təlim üzərində qurulmuşdu. Çünki hidayət ikitərəfli olmalıdır. Biri olmadan, o birisi də işə yaramaz. 


Çox zaman ətrafımızdakılardan belə sözlər eşidirik ki, Allaha qəlbimizdə etiqad edirik və bu, əbədi xoşbəxtlik üçün kifayətdir.



Baxmayaraq ki, bu etiqad böyüklü və kiçikli günahlarla olsun və ya əməli etiqada ehtiyac yoxdur. Bu cür batil fikirlər İmam Baqirin (ə) də zamanında mövcud idi. Bu əqidənin davamçılarına "murcəə” deyərdilər. İmam Baqirin (ə) qadağan etdiyi təlimatlar içərisində bu firqə də vardır. Çünki bu yanlış əqidə idi və bu yanlış əqidəyə görə insan hər bir yolla öz məqsədinə və xoşbəxtliyinə çata bilər. Qeyd etmək lazımdır ki, o biri İmamlarımız da (ə) bu firqəyə qarşı çıxmışdılar.



İmam Baqir (ə) onların haqqında buyurmuşdur: "Allahım! Murcəə firqəsinə lənət et. Həqiqətən, onlar bizim dünya və axirət düşmənlərimizdir”. Həzrət (ə) başqa yerdə buyurur: "Bir gecənin başqasına bənzəməsi, bir günün başqa günə bənzəməsi yəhudilərin murcəələrə bənzəməsindən və qədriyələrin xristianların eynisi olmasından çox deyildir”. Bu hədisin sübutu "Maidə” surəsinin 82-ci ayəsidir ki, iman əhlinin ən kəskin düşmənlərinin yəhudilər və müşriklər olduğunu bəyan edir: "Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən.”



Həmçinin İmam Baqir (ə) buyurur: "Başqa məzhəblər sizi yolunuzdan azdırmasın. Allaha and olsun! Heç kim bizim Əhli-beyt (ə) davamçımız deyildir, məgər Allah Təalaya itaət edənlərdən başqa”.



İmamın buyurduqlarından belə nəticəyə gələ bilərik:



1. Hər bir əqidə və məzhəbə söykənmək olmaz. Səadət yolunu hər bir məzhəbdə axtarmaq olmaz. Çünki bu əqidələr insanı yolundan azdırar.



2. İlahi göstərişlərə əməl etmək insanın həqiqi səadətə çatmağında açar rolunu oynayır. Bəli, bu həqiqi yoldur və bütün İmamlar (ə) insanları məhz bu yola tərəf hidayət etmişdilər.



İmamların (ə) bu iki təlamatlarını əsas götürərək, Haqq yolunda addımlayaq. Çünki bu saleh insanların İlahi təlimləri tarix boyu səadət yolunun göstəricisi olmuşdur.



(Tebyan/ Deyerler.org)
Category: Diger me'lumatlar | Baxış: 899 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]