Bazar günü, 2024-12-22, 10:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 11 » Qəbir üzərində tikili
6:14 AM
Qəbir üzərində tikili
(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” ("Şura",23)

Ayədə Əhli-Bəytə qayğı əmr olunduğu halda, dörd məsum İmamın Bəqi qəbirstanlığındakı qəbrləri yerlə-yeksan olunaraq milyonlarla müsəlmanın sağlam əqidəsinə hörmətsizlik olunub.  Möminin evini dağıtmaq haram olduğu kimi, onun qəbr evini dağıtmaq da haramdır.  Əgər qəbrlərin dağılması dinimizin zəruri hökmlərindən olsaydı, bu məzmunda bir ayə nazil olar və ya Peyğəmbərin (s.ə.s) sünnətində buna oxşar bir halla rastlaşmaq olardı. Halbuki hər iki mənbədən əlimizdə onlar bunun tam əksini bizə deyir.
" O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi barəsində mübahisə etdilər. Dedilər:" Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yedinən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!".
Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə:" Onların (məzarı) üstündə Allaha ibadət etmək məqsədi ilə) bir məscid tikəcəyik!" - dedilər" ("Kəhf",21). Sübut olaraq gətirilən bu ayənin müqabilində bəzən dedilər:" "Əshabi-kəhf barədə deyilənlər o dövrün adət-ənənəsinə aid idi və bunun İslamla heç bir əlaqəsdi yoxdur".
Cavabında deyirik:" Məgər Hz. Muhəmməd (s.ə.s) aləmlərə rəhmət olaraq göndərilmədimi? Onun şəriəti, ona nazil olan Quran ayələri qiyamətə qədər qüvvədə deyilmi?  Sizin dediyiniz kimi olsaydı, ya bu barədə başqa bir ayə nazil olar, ya da Peyğəmbər (s.ə.s) öz zamanında bu haqda  hər hansı bir göstəriş verərdi. 
Buxarinin hədis kitabına bir nəzər salaq: "İmam Həsənin (ə) oğullarından biri dünyasını dəyişdikdən sonra həyat yoldaşı qəbirin üzərində gümbəz tikdirib orada əzadarlıq etdi" ("Cənaiz" fəsil, hədis. 62). Diqqət yetirmək lazımdır ki, Buxarı hədisi nəql etdikdən sonra bu məsələyə tənqid gözü ilə yanaşmır. İbn Səd özünün "Təbəqat" adlı kitabında yazır:" Peyğəmbərin (s.ə.s) Osman ibn Məzun adlı səhabəsi dünyasını dəyişdi. Osman Bəqi qəbiristanlığında dəfn olundu. Peyğəmbər (s.ə.s) əshabına qəbrin üzərinə daş qoymalarını tapşırdı. Daş o qədər böyük oldu ki, özü də əshabına bu işdə kömək etdi. Sonra əshabına dedi: " İstəyirəm Osmanın qəbri üzərində bir əmanət olsun".
 Lakin Osman ibn Məzunun qatı düşmənlərindən olan  Əməvi hakimi Mərvan  ibn Həkəm hakimiyyətə gəldikdən sonra  onun qəbrini yerlə-yeksan edir. İndi sələfilik iddiasında olan "müsəlmanlar" baxıb görsünlər qəbir qadıtmaq ənənəsi kimdən qalıb. Qəbirüstü tikililərin dini-mənəvi faydası ilə yanaşı, tarixi əhəmiyyəti də var. Dünyada belə bir məntiq höküm sürür:" Keçmişi olmayan gələcəyini qura bilməz" Bütün millətin, o cümlədən biz müsəlmanların  dahi şəxsiyyətlərin qəbirləri üzərində inşa  olunan tikililər silinməyən canlı tarix hesab olunur. Din, din və milliyyətlərdən asılı olmayaraq vətən uörunda canlarında keçən  əsgərlərin xatirələrinə  "naməlum əsgər" abidəsi ucaldılır. Lakin dini,  dili və vətəni  bir olan ərəblər İslamiyyətin  mərkəzi hesab olunan Məkkə və Mədinə şəhərlərində  din uğrunda canlarından keçən Məsum İmamların, səhabələrin və sonrakı dövrlərin İslam fədailərinin qəbirlərini yerlə-yeksan edir və bunu ya bidət adlandırır, ya da şirk. 
Gəlin başqa bir mötəbər rəvayətə nəzər salaq. "Mərvan ibn Həkəm bir şəxsin üzünü  Peyğəmbərin (s.ə.s) qəbrinə soykəyərək  ziyarətnamə oxuduğunu görür.  Ayağını həmin şəxsin üzünə qoyaraq əsəbi halda soruşur;" Nə etdiyini bilirsən?". Şəxs başını qaldırdıqda Mərvan onun Peyğəmbərin (s.ə.s) yaxın səhabəsi Əbu Əyyub Ənsari olduğunu görür. O kəs ki,  Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə daxil olduqda  dəvəsi onun evinin qarşısında yatır və Peyğəmbər (s.ə.s) bir neçə gün onun evində qalmalı olur.  Əbi Əyyub Ənsarı başını qaldıraraq  cavab verir:"  Bəli, nə etdiyimi çox yaxşı bilirəm, Mən bura quru daşın üzərinə deyil, Peyğəmbərə (s.ə.s) xatır gəmmişəm. Bir vaxtlar onun özündən mən bu sözləri eşitdim:" Dinin halına din əhli olan şəxslər başçılıq etdikləri zaman ağlamayın. Dinin halına din əhli olmayan  şəxslər başçılıq etdikləri zaman ağlayın!" ("Müstədrək", Əllamə Hilli).
Məsələyə bu qədər təəssübkeşliklə nəzər salan və inandından dönməyən "islam fədailəri" din və iman baxımından  Əbu Əyyub Ənsaridən qabağa getmişlər. Bu həmin Əbu Əyyub Ənsari idi ki, Peyğəmbər (s.ə.s) tərəfindən tərbiyə olunmuş və bir çox döyüşlərdə iştirak etmişdi. deməli, övliya və tarixi şəxsiyyətlərin qəbirüstü tikililəri nəinki haram deyil, bəlkə də vacib və önəmlidir. Bütün bunlarda bir ibrət vardır.


Category: Diger me'lumatlar | Baxış: 886 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]