Bazar günü, 2024-12-22, 10:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 16 » Qəbir üzərində tikili (1)
7:55 AM
Qəbir üzərində tikili (1)
 Son zamanlarda bir çoxlarında maraq doğuran suallardan biri də qəbirlər üzərində tikililər ilə əlaqədardır. Qəbirlər üzərində tikili deyildikdə bütün qəbrlərin deyil, imam, övliya və əməlisaleh şəxslərin qəbirləri üzərində inşa olunan tikililər nəzərdə tutulur. Hədis kitablarında bu barədə mötəbər hədislər qeyd olunsa da, bəzi üzdəniraq "nəzər sahibləri" sudan səffaf olan  İslam çeşməsini bulandırmağa və müsəlmanlar arasında fikirayrılığı yaratmağa can atırlar. Hədislərə müraciət etməzdən əvvəl gelin məzhəbindən asılı olmayaraq hamının qəbul etdiyi Quran ayələrinə nəzər salaq.

ALLAH MƏRASİMİ

(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).("Həcc" 32). (Və mən yuəzzim şəairəllah fə innəha təqvəl qulub) Ayənin orijinal mətnində istifadə olunan və bizim dilə "mərasim, dəlil və əlamət" kimi tərcümə olunan "şəair" (tək halda şəir) sözünün lüğəti mənasına diqqət yetirin.

ŞƏAYİR NƏDİR?

"İNSANLARI ALLAHA YÖNƏLDƏN HƏR BİR VASİTƏ ALLAH NİŞANƏSİDİR"
Şəayir - insanı hər hansı bir hədəfə sövq edən dəlil və ya əlamətə deyilir. Demək, "şəayir", yəni insanları Allaha istiqamətləndirən dəlil və əlamət mənasını ifadə edir. Ayəyə görə, kim insanları Allaha yönəldən, Allahı insanlara xatırladan, insanları Allaha tərəf sövq edən əlamət və nişanələri əzəmətli hesab edib onlara hörmətlə yanaşarsa, bu onun təqvasından (Allahdan qorxmasından) xəbər verər. Bəs Quran insanları Allaha yönəldən nişanələrdən söz açır? Onlar nədən ibarətdir?
Bəqərə" surəsinin 158-ci ayəsində buyrulur:" Ey möminlər! Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir". Göründüyü kimi, Səfa və Mərva dağları Allahın, daha dəqiq desək, İnsanları Allaha yönəldən əlamətlərdən biri olduğu qeyd olunur.

ALLAHIN NİŞANƏSİ

"Həcc" surəsinin 36-cı ayəsində isə dəvələrin Allahın nişanəsi olduğu göstərilir. "(Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik.)"
 Allahın xəlq etdiyi dəvə və dağlar insanları Ona tərəf yönəldə bildiyi halda, görəsən, nə üçün həyatı bütün insanlara örnək, milyonlarla insanın hidayət olunmasına səbəb olan, canını, malını və övladlarını Allah yolunda fəda edən insanların qəbrləri Allaha yaxınlaşdıran əlamət olmamalıdır? Elə bir qəbir ki, milyonlarla insan onun kənarında Allahı yad edir, tövbə edərək əməlisaleh insanların sırasına qoşulur. Qəbir üzərində gümbəz və ziyarətgahların inşasını küfr və bütpərəstliklə əlaqələndirənlərdən soruşaq: Bir neçə əsr müddətində onların ziyarətinə gələn milyonlarla zəvvarın hansı biri dinindən çıxaraq bütpərəstliyə meyl etmişdir? Əvvəla hələ ki, belə bir hal qeydə alınmayıb. Olsa belə, bunu bir nöqsan olaraq ziyarətgahlara deyil, oraya ziyarətə gələn avam insanlarda görmək lazımdır. Məgər dindən, Qurandan sui-istifadə edərək müftə qazanc əldə edənlərin sayı azdır? Əgər din və Qurandan sui-istifadə olunarsa, bunun səbəbini dində görmək lazımdır, yoxsa fürsətdən öz xeyrinə istifadə edən ruhanilərdə? Əgər bəzi məscidlərdə din təbliğ olunmayıb cəfəng söhbətlər yer alırsa, məktəblərdə bəzi şagirdlər təhsil almaq əvəzinə, əxlaqsızlıqla məşğul olrsa, bəzi müəllimlər dərs demək əvəzinə, rüşvət alırsa, bunun qarşısını almaq üçün məktəbləri yerlə-yeksan etmək lazımdır? Xeyr, çünki bir neçə şagirdin əxlaqsızlığının və bəzi müəllimlərin rüşvətxorluqlarının qarşısını almaq üçün savad əldə etmək istəyən digər şagirdlərin təhsilinə mane ola bilmərik. Təəssüflər olsun ki, bəzi radikal "İslamçılar" bununla razılaşır, lakin bir neçə avam insanı qəbirləri ziyarət zamanı buraxdıqları səhvə görə şikr və bütpərəstliklə ittiham edir, hələ üstəlik həmin müqəddəs ocaqları yerlə yeksan edirlər. Bu hansı məntiqə sığır?

Ardı var...


Category: Diger me'lumatlar | Baxış: 975 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]