Bazar günü, 2024-12-22, 11:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 10 » Problemlər qarşısında təbəssüm
1:31 PM
Problemlər qarşısında təbəssüm
Problemlər qarşısında təbəssüm


Gününü əsəbsiz, həyəcansız başa vuran adam az olar. Bu azlıq da meşəyə, dağa, dəniz kənarına tək-tənha səfərə çıxanlardır. Bir də... Ariflər!
Bir gənc mənəviyyat pillələrində ucalmaq üçün arif ustad sorağına getdi. Müdrik ustadın ilk göstərişi – "dəsturul-əməl”i bu oldu: bir il müddətində sənə hücum edən, səni söyən, sənə söz atanlara pul verməlisən. Gənc tələbə düz bir il bu göstərişi yerinə yetirdi. Nəhayət bir il başa çatdı və gənc öz ustadının yanına gəlib növbəti göstərişini gözlədi. Ustad buyurdu ki, şəhərə get və bazardan filan şeyləri al. Tələbə yola düşdü. 
Usrad təğyiri libas olub, özünü dilənçi görkəminə saldı. Tələbənin ardınca tələsdi. Bazarın ortasında tələbəyə yaxınlaşıb onu söyməyə başladı. Gənc təbəssümlı dedi: "Bir ildir ki, məni söyənlərə pul verirəm. Şükür ki, bundan sonra söyüşlərə müftə qulaq asacağam!” Ustad özünü gəncə göstərib gülümsündü və dedi: "Artıq ikinci addıma hazırsan, çünki çətinliklərin üzünə gülməyi öyrənmisən!”

HY Tərcümə Mərkəzi/amstory 
haqyolu

 
Category: Diger me'lumatlar | Baxış: 809 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]