Bazar günü, 2024-12-22, 12:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 16 » Pompeyin son günü
7:59 AM
Pompeyin son günü
Pompey İtaliyanın Neapol şəhəri yaxınlığında, daha dəqiq desək, Vezuviy vulkanının ətəyində yerləşir.
   Eramızdan əvvəl 79-cu ildə ardıcıl zəlzələlərdən sonra Vezuviy vulkanı sürətlə fəallaşmağa başlayır. Az keçmiş kül və duman buludu ətrafı bürüyür, günəşin üzü tutulur və bir neçə dəqiqə içində şəhər əhalisi əməlləri ilə birlikdə təbiətin qurbanına çevrilir.
    Bryullov isə başlamazdan əvvəl dəfələrlə Neapola səfər edir, şəhər küçələrini diqqətlə nəzərdən keçirir, qazıntılar zamanı aşkar olunan daşlaşmış insan cəsədlərinin və xarabalıqlarının eskizlərini gğtürür. Bir neçə dəfə Puççinin səhnəyə qoyduğu "Pompeyin son günü" operasında da baxır və öz canlı modellərini opera qəhrəmanlarının paltarlarını geyindirir. Bryullov arxeoloji qazıntıların nəticələri ilə yaxından tanış olur, hadisə zamanı məhv olmuş məişət əşyalarının qaldıqlarını nəzərdən keçirir. O hətta bəzi əşyaları tabloda gördüyü vəziyyətdə aşkar etdirir.

    1. Tablodakı ana ilə balaca qızı, arabadan yıxılan qadını, bir dəstə cavan cütlüyü məhz daşlaşmış cəsədlərdən, ana ilə cavan oğlan obrazını isə Pliniyadan (qədim Roma tarixçisi və ensiklopediya müəllifi) götürür. Kompozisiyanın quruluşunda rəssam Akademiyada öyrəndiyi qaydalardan kənara çıxmalı olur. Faciə iştirakçıları eyni hadisənin canlı şahidləri olsalar da, bir-birlərindən fərqli reaksiya verirlər.
    Bryullov öz qəhrəmanlarını ayrı-ayrı dəstələrə bölür və onların vasitəsi ilə insanların ölümdən qabaq keçirdikləri hissləri tamaşaçılara çatdırmaq istəyir. Tablodakı təsvirlərin hər birinin özünəməzsus məna və məzmunu var.

    2. Ana övladını xilas etməyə can atır.

    3. Oğullar qoca atalarını xilas etmək üçün onları çiyinlərində aparırlar.

    4. Cavan oğlan huşunu itirmiş nişanlısını həmin məkandan uzaqlaşdırmağa tələsir.

    5. Taqətdən düşmüş ana son nəfəsində oğlunu ondan əl çəkib özünü xilas etməyə razı salmağa çalışır.

    6. Ata əzizlərini, yaxınlarını qorumağa can atır.

    7. Xilas olmaq şansı hamıdan çox olan atlı isə heç kimə məhəl qoymadan atını çapıb oradan uzaqlaşmaq istəyir.

    8. Hamının o vaxta qədər inanıb nəsihətinə qulaq asdığı kahin də qorxaqcasına nəzarətdən yayınmaq istəyir.

    9. Anasını itirmiş körpə kimsənin diqqətini cəlb etmir.

    10. Binaların üstündən insanların üstünə tökülən daş heykəllər, daha doğrusu, romalıların tanrı hesab etdikləri fiqurlar başqa həqiqətdən xəbər verir. Yəni romalıların özlərindən  yüksəyə qaldırdıqları tanrılar onların öz başlarına tökülüb həlak olmalarına səbəb olur.

    11.Tablonun arxa fonunda kütlənin içində rəssam özünü təsvir edir. Rəssamın müşahidə etdiyi səhnələrdə gözlərindəki vahimə ölüm qorxusundan daha şiddətlidir. O, rəng və rəssamlıq avadanlıqlarını başının üstünə qaldırıb daşıyır. Qarşısında canlanan dəhşətli səhnəni  yadda saxlamaq üçün sanki ləng addımlarla yeriyir. Nəhayət, əsər başa çatır. Amma müəllifin illərlə çəkdiyi zəhmət onu qane etmir. Şünki əsərdə əks olunan fiqur  və elementlər son dərəcə bayağı idi, ordada qabarıqlıq hiss olunmurdu. Rəssam tam iki həftə emalatxanaya gedib səhvə harada yol verdiyini araşdırır. Nəhayət başa düşdüm ki, arxa fonda təsvir olunan ildırım işığını çox zəif çəkmişəm. Nöqsanı aradan qaldırmaq üçün ildırımın döşəmə və döyüşçünün  ayağına düşən işığını artırdım və döyüşçü bir anın içində şəkildən sıçradı. Artıq bundan sonra əsərin tamamlandığını başa düşdüm", - müəllif deyir.

 İBRƏTNAMƏ

    Bryullov səhvini başa düşüb tablonun üzərində olsa da, onu düzəldə bildi. Bəs təkallahlıq iddiasında olub özünə neçə-neçə tanrı düzəldən bəziləri? Bəs indiyədək bütlərə tapınan milyonlarla insan? Biz və onlar səhvimizi nə vaxt düzəldəcəyik?
    Bütün bunları nəql etməklə məqsədimiz Bryullovun sənətinə  qoymət vermək deyil. Qoy ona qiyməti rəssamlar və incəsənət xadimləri versin. Məqsədimiz tarixdə baş vermiş bu faciənin səbəblərini araşdırmaq  və çoxallahlıq iddiasında olan insanın bir an içində öz əməllərinin çüvrilməsindən söz açmaqdır. Ey romalılar! Hanı sizin Zevsiniz, Apollonunuz?  Hanı bütün hadisələr üçün nəzərdə tutduğunuz və hər birinə sürət verib evin yuxarı başında qoyduğunuz tanrılar? Nə üçün onlar sizi bu fəlakətdən qurtarmadı?  Yoxsa belə güman edirsiniz ki, bu faciəni törədən elə onların özləridir? Əgər özləridirsə, onda nə üçün öz həmkarları olan günəş, təbiət, məhəbbət kimi tanrılara rəhm etməyib məbədlərini yerlə-yeksan etdilər? Quran təbiri ilə desək, bütün bunlarda ibrət dərsləri vardır. lakin ondan yalnız ağıl və düşüncə sahibləri ibrət alar.

    1830-cu ildə əsərin cizgilərini hazırladıqdan sonra Bryullov bərk xəstələnir. Bir ticarətçi onu müalicə üçün Milana aparır. Ölməz əsərin müəllifinin müalicəsi uzun müddət davam edir.

    Pompey əhalisi arasında güniş yayılan pozğunluqlardan biri də hemoseksualizm olub. Yaşadığımız dünyada, cəmiyyətdə bu şirkin işə çoxları meyl edir. Əgər biz də Allahın qəzəbinə gəlib pompeylilərin düçar olduqları bəlaya düçar olsaq necə? Nə qədər gec deyil düşünün, ey şüur sahibləri!

    İmam Əli (ə):" Ən pis günah, günahkarın onu yüngül (kiçik) sanmasıdır"


Category: Diger me'lumatlar | Baxış: 1371 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]