Bazar günü, 2024-12-22, 8:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 5 » Pis və yaxşı işlərə razı olmaq
8:33 AM
Pis və yaxşı işlərə razı olmaq
 
Pis və yaxşı işlərə razı olmaq

Əgər bir insan günah iş görürsə və başqası da onun bu əməli qarşısında susub dayanırsa və onun bu əməlinə razı olursa, o da bu günahda şərikdir.

Allah-təala insanlara əmr be-məruf və nəhy əz-münkər etməyi vacib etmişdir. Əmr be-məruf və nəhy əz-münkər insanlar arasında çox böyük rol oynayır. Əmr be-məruf və nəhy əz-münkər olunmayan cəmiyyət tənəzzülə uğrayar. Əgər cəmiyyətdə bəzi insanlar cinayətkarlıq, pozğunluq və günahla məşğul olarsa, günah etməyən insanlar da onların bu əməllərinə etiraz etməyib, onların bu günahlarına razı olarlarsa, onda onlar da günahkarların günahlarına şərikdirlər. Cəmiyyətdə kimlərsə günah iş gördükdə insan mütləq onlara narazılığını bildirməlidir. Fiziki cəhətdən imkanı olmasa belə ən azından öz qəlbində narazı olmalıdır. Çünki günahkarın günah iş görməsinə kimsə qəlbində razı olarsa, onda o da həmin günahkara günah iş görməkdə şərikdir.
Lut peğəmbərin qövmü fəsad və günah işlərdən əl çəkmək istəmirdilər. Onlar çox böyük günaha bağlanmışdılar. Lut peyğəmbər onlara bu çirkin əməlinə görə çox nəsihət etdi. Lakin onlar bu əməldən əl götürmədilər.
Allah-təala Lut peyğəmbərin öz qövmünə dediyi sözləri və qövmünün günahına narazılıq bildirməsini "Şüəra” surəsinin 168-ci ayəsində bəyan edərək belə buyurur:
"(Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!”
İnsanın günahkarların günah işləri qarşısında öz narazılığını bildirməsinin mənası budur ki, İlahi sən şahid ol ki, mən bu günahkarların günahlarına qarşı olan narazılığımı bildirdim və onların bu günahları ilə müxalifəm.
Ümumiyyətlə bu barədə Həzrət Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədis və rəvayətlər vardır.
Həzrət Əli(ə) buyurur: "Kimlərinsə günah işlərinə razı olan şəxs günahkarların içinə daxil olan şəxs kimidir. Günahkarların günah etdiyi halda onlara qoşulan şəxs iki günaha əl atmış olur. Birincisi öz əməli ilə onlara günah iş görməkdə şərik olmaq, ikincisi isə günahkarların günah iş görmələrinə razı olmaqdır.
Tarixlərdə belə hadisələrlə sox rastalşırıq. Hətta Quranda Allah-təala bu kimi hadisələri bizə açıq aydan nümunə göstərmişdir. "Şüəra” surəsində Saleh peyğəmbərin qövmü barədə belə buyurur:
" Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.”
"Artıq əzab onları yaxaladı (hamı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbu ki, onların əksəriyyəti iman gətirmədi.”
Həzrət Əli(ə) bu ayə barədə Nəhcül-bəlağədə bu barədə belə buyurur:
"Camaat! Həqiqətən günaha razı olmaq və Allaha ibadət etməkdən acığı gəlmək camaatı bir yerə toplamışdır. Səmud tayfasından yalnız bir nəfər dəvənin ayaqlarını kəsib öldürmüşdü. Lakin Allah onların hamısını əzaba düçar etdi. Çünki onlar bu işə (dəvəni öldürməyə( razı idilər.
Allah-təala başqa bir ayədə belə buyurur:
"(Ya Peyğəmbər!) De: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələrlə və siz dediyinizlə (istədiklərinizlə) gəlmişdilər. Əgər sözünüz doğrudursa, bəs nə üçün onları öldürdünüz?”
İmam Sadiq(ə) bu ayənin barəsində belə buyurur: Allah da Peyğəmbər də bilirdilər ki, əvvəlki peyğəmbərləri bunlar öldürməmişdilər. Lakin bunlar o peyğəmbərləri öldürənlərlə razı idilər və bu əmələ razı olduqlarına görə və peyğəmbərləri öldürənlərin işlərinə etiraz etmədiklərinə görə Allah onları qatil adlandırmışdır.
Buradan başa düşülür ki, hər hansı bir şəxs cinayətə əl atıb günah iş gördüyü zaman başqaları onların bu işlərinə razı olarsa, onlar günah edənlərlə şərik hesab olunarlar.
İmam Baqir(ə) buyurur: Hər kim pis bir əməli görüb o məldən acığı gəlsə elə bil orada olmayıb. Lakin başqa bir yerdə günah iş görülərsə, o işin görülməsinə razı olan şəxs orada olmasa belə günahkardır.
İmam Hüseyn(ə)-ın ziyarətnaməsini oxuyarkən belə deyirik. "Allah səni öldürənlərə lənət etsin. Allah sənə zülm edənlərə lənət etsin və Allah lənət etsin o kəslərə ki, sənin bu müsibətinə və sənin zülmlə öldürülməyinə razı olublar.” Beləcə biz İmam Hüseyni(ə) öldürənləri və onun (neçə illər keçsə belə) ölmünə razı olanları bir tutaraq lənət oxuyuruq.
Buna əsasən də bir yerdə günah iş görülərsə insan gərək bacardığı qədər o işə narazılığını bildirməlidir. Yox əgər o günahın görülməsinə razı olarsa, həmin işin içində olmasa da belə həmin günahı edənlərlə şərik hesab olunur.

"İnsan və mənəviyyat" kitabından...

 
Tural
İslam-Azeri.az

Category: Exlaq | Baxış: 1056 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]