Bazar günü, 2024-12-22, 10:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 23 » Pis dost ilahi cəzadır
3:03 PM
Pis dost ilahi cəzadır


«Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir. Ayədə buyurulur: «Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər».
İmam Sadiq (ə) buyurur: «Mömin şəxsə yaraşmayan işlərdən biri də budur ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmadığı halda günah edilən məclisdə otursun…”İslam Peyğəmbəri (s) buyurur: «İnsan öz dostunun və yoldaşının dinindədir».
İmam Sadiq (ə) buyurur: «Mömin bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz».
İmam Cavad (ə) buyurur:ُ «Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, təsiri isə pisdir».
Süleyman ibn Cəfər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu:
-Nə üçün səni Əbdürrəhman ibn Yəqubla bir yerdə görürəm?
Dedim: 
-O mənim dayımdır».
İmam buyurdu: 
-Onun Allaha düzgün əqidəsi yoxdur. 
Sonra buyurdu:ُ 
-Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!


haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 882 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]