Əsas səhifə » 2011 May 12 » PİS ƏXLAQ OLMAQ QƏBİR ƏZABINA SƏBƏB OLAR
6:55 PM PİS ƏXLAQ OLMAQ QƏBİR ƏZABINA SƏBƏB OLAR | |
![]() Rəsulullah (s) bu sözü ondan eşidər-eşitməz belə buyurdu: "Ey Sədin anası! Sus! Allah adından bu qədər qəti və yəqinlə danışma. İndi Səd qəbir əzabına düçardır və buna görə əziyyət çəkir." Sonra, qəbirsanlıqdan qayıtdılar. Həzrət Peyğəmbərlə birlikdə olan camaat belə dedi: "Ya Rəsuləllah! Səd üçün etdiyin işləri indiyə qədər heç kim üçün etməmisiniz. Ayaqyalın, əbasız onun cənazəsini müşayət etdiniz; tabutun bəzən sağ, bəzən də sol tərəfindən tuturdunuz !" Rəsulullah (s) onların cavabında belə buyurdu: "Mələklər də əbasız və ayaqyalın idilər; mən də onlara riayət etdim, əlim Cəbrayılın əlində olduğu üçün, o tabutun haransından tuturdusa, mən də o tərəfindən tuturdum." Camaat bu sözləri eşidincə belə dedilər: "Ya Rəsulullah ! Sədin cənazəsinə namaz qıldınız, mübarək əllərinizlə onu qəbirə qoydunuz, qəbiri öz əlinizlə düzəltdiniz, yenə də qəbir Sədi sıxdı deyirsinizmi?"Rəsulullah (s) cavab olaraq: "Bəli, qəbir əzabına düçar oldu. Çünki o, evində pis əxlaqlı idi, qəbir əzabı bu səbəbdən idi. " (Bihar, c.6, s.220 və c.22, s.107 həmçinin c.73, s.298) islamaz.com | |
|
Total comments: 0 | |