Bazar günü, 2024-12-22, 9:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 13 » Peyğəmbər siyasəti
2:24 PM
Peyğəmbər siyasəti
    Peyğəmbər siyasəti

    Həzrət Muhəmmədin (s) Mədinə yəhudiləri barədə həyata keçirdiyi siyasət dünya tarixinin ən mükəmməl və məntiqi siyasətinə çevrilir. O, Mədinəyə gələr-gəlməz yerli yəhudilərlə əhd-peyman bağlayır. Bağlanılan sazişə Mədinə şəhərinin "Əsas qanunu" və ya "Mədinə şəhərinin vəsiqəsi" adı verilir.
    Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman yəhudilər ondan çox şey gözləyirdilər. Onlar Həzrət Muhəmmədin (s) onların istəkləyinə uyğun siyasət yürüdəcəyinə ümid bəsləyir və onun sayəsində özlərinin maddi-ictimai imkan və nüfuzlarını artıracaqlarını gözləyirdilər. Lakin Həzrət Muhəmmədin (s) tətbiq etdiyi ədalət siyasəti onların ümidlərini puça çıxarır. Yaranan belə bir şəraitdə Həzrət Muhəmmədə (s) yəhudilərin məkrli niyyətlərindən xəbər verən ayələr nazil olur.

    Nakam olan ümidlər
İstəklərinə nail ola bilməyən yəhudilər yaranmış belə bir şəraitdə müsəlmanların düşmənləri ilə (müşrüklərlə) müttəfiqlik etməyə başlayır və İslamın aradan götürülməsi istiqamətində istənilən tədbirə əl atmağa başlayırlar.

    Mədinə yəhudiləri
    Mədinə yəhudiləri əslən mədinəli olmayıb bura Yəməndən köç etmişlər. Yəməndən gələn yəhudilər Vadiyul-Qura, Xeybər, Yəsrib və Təymədən gəlirlər. Yəhudilər Mədinəyə (Yəsribə)  köç etdikdən sonra burada yerli əhali arasında düşmənçilik və qarşıdırmalar meydana gəlir. Bir müddət sonra xristianlar yəhudilərdən intiqam almağa başlayırlar.
    Mədinənin yerli əhalisi olan Ovs və Xəzrəc qəbilələri də əslində, buraya Yəməndən köç etmişlər. Yəhudilərin Yəsribdən Ovs və Xəzrəc qəbilələrindən sonra yerləşmələri ciddi narazılıqlara səbəb olur.
    Həzrət Muhəmməd (s) Yəsribə gəldikdən sonra buranın adı dəyişilərək Mədinətun-Nəbi, sonra isə sadəcə, Mədinə olur. Burada həyata keçməsi zəruri olan ilk tədbir bərabərliyin bərqərar olunması idi. Bunun üçün də Həzrət Muhəmməd (s) Mədinəyə daxil olduqdan bir neçə gün sonra burada müsəlmanlar arasında qardaşlıq əhd-peymanı, müsəlmanlarla yəhudilər arasında isə qarşılıqlı sülh və toxunulmazlıq sazişi bağlayır. Bu isə yəhudiləri bərk narahat etməyə başlayır. Çünki onlar Mədinədəki iqtisadi hegemonluğa məhz Ovs və Xəzrəc qəbilələri arasında kin və düşmənçilik yaratmaqla nail olmuşdular.
    Bütün bunlarla yanaşı, qəbilənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi yəhudilərin qısqanclığını və bu qəsqanclıqdan irəli gələn düçmənçiliyi daha da artırır. Çünki qiblənin dəyişməsi Allahın yer üzərindəki canişinliyinin İshaq oğullarından İsmail oğullarına, yəni yəhudilərdən ərəblərə keçməsindən xəbər verirdi. Bu məqsədlə yəhudilər əvvəlki hegemonluqlarını özlərinə qaytarmaq üçün Məkkə müşrükləri ilə saziş bağlayırlar. Onlar sonralar münafiqlərin rəhbəri olan Abdulla ibn Übey ilə müttəfiq olub Peyğəmbərə (s) və onun ailəsinə ittihamlar irəli sürməyə başlayırlar.
    Sazişə əsasən, yəhudilər Peyğəmbərin verəcəyi hər bir hökmə razı və tabe olmalı idilər.
   
   Sui-qəsd planı
    Peyğəmbərin (s) haqq-ədalət əsasında həyata keçirdiyi qardaşlıq və bərabərlik siyasəti isə onların nəzərində buna imkan vermirdi. Bu səbəbdən də Peyğəmbəri (s) aradan götürmək fikrinə düşürlər.
   Tarixi mənbələr İslamın zühuruna qədər Ovs və Xəzrəc qəbilələri arasında 200 illik səbəbsiz müharibələrin davam etməsindən xəbər verir.
 
Ardı var...
 
Category: Diger me'lumatlar | Baxış: 1069 | Added by: Mursəlat | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]