Bazar günü, 2024-12-22, 3:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 29 » Peyğəmbər məscidində yanğın
4:34 AM
Peyğəmbər məscidində yanğın
Həzrət Muhəmməd (s.ə.s) miladi təqvim ilə 622-ci ildə Allahdan hicrət əmri aldıqdan sonra müsəlmanlarla Məkkədən Mədinəyə köçmək əmri verilir, Özü isə Məkkəni tərk edən sonuncu şəxslərdən biri olur. Nəhayət, Yəsrib adlanan şəhərə daxil  olduqdan sonra gördüyü ilk iş məscid tikdirmək olur.  Məscidin tikiləcəyi sahəni iki yetim qardaşdan öz xərci hesabına alır. Beləliklə, Peyğəmbər 9s.ə.s) məscidinin bünövrəsi qoyulur. Bu, Mədinə şəhərinin yaxınlığında yerləşən Quba məscidindən sonra İslam dünyasında inşa olunan ilk məscid olur.

Məscidi-Nəbəvidə ilk yanğın hicri qəməri təqviminin 654-cü (1256-cı miladi), ramazan ayının ilk cümə gecəsinə təsadüf edirdi. Xidmətçilərdən biri məscidin cənub tərəfindəki minarələrin şamını dəyişmək istəyərkən əlində yanan şamı taxta qəfəsə qoyur. Ani ehtiyatsızlıq üzündən şam əriyərək taxta qəfəsi yandırır. Az keçmiş tüstü hər tərəfi bürüyür, alov hətta məscidin tavanına qədər yüksəlir. Şəhər əhalisi məscidə tərəf axışaraq yanğını söndürməyə calışsa da, yanğın tez bir zamanda məscidin digər otaqlarına da keçir. Taxta qapılar, sandıqlar və minbərlər bir-birinin ardınca od tutaraq külə dönür. Hadisədən bir il sonra, Abbası xəlifəsi Mütəsim Bilalın zamanında məscidin əsaslı təmiri başlanır. Lakin monqolların Bağdada yürüşü işi yarınçıq yoyur.   Məscidin inşasını Misir və Yəmən hakimləri öz üzərlərinə götürürlər. Soltan Zahir Rüknuddin Bəybaz təmir işlərinə çox önəm verir. Məscidin tavanı yandığından onu, əvvəllər olduğu kimi, ikiqat inşa edirlər.

İKİNCİ YANĞIN
Soltan Qayıtbəy Peyğəmbər Məscidində çox xidmət etmiş şəxslərdən biri olub.  İkinci yanğından əvəəl və sonra o, Allah yolunda küllü miqdarda vəsait sərf edir. Peyğəmbər Məscidində ikinci yanğın hicri 886-cı (1481-ci miladi) ildə Ramazan ayının 13-cü gecısi baş verir. Hər gün olduğu kimi,  sübh namazına yağın vaxtda müəzzində azan vermək üçün minarəyə  qalxırlar. Baş müəzzin Şəmsəddin ibn Hətib ana minarəyə qalxır. O gün hava buludlu olur, güclü şimşək çaxır.  Qəfldən baş müəzzinin olduğu minarəni ildırım vurur. Minarənin ayparası yerə düşür. Müəzzin elə dayandığı yerdə dünyasını dəyişir. Minarənin baş tərəfini od tutur. İkinci ildırım məscidin tavanında çaxır. Yanğınsöndürənlər nə qədər çalışsalar da, alovun qarşısını ala bilmirlər. Məsciddə saxlanılan çoxsaylı qədim dini ədəbiyyat və nəfis Quran nüsxələri məhv olur.  Məscidin cənub və şimal hissələri bütövlükdə yanıb kül olur. Soltan Qayıtbəy yanğından sonra məscidin əsaslı təmirinə başlayır və məscidin şərq tərəfinə əlavələr olunur. Tavan əvvəlki kimi ikiqat deyil, birqat tikilir və bu dəfə onun hündürlüyü yerdən 11 metr olur.



Category: Tarix | Baxış: 1019 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]