Bazar günü, 2024-12-22, 11:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Dekabr » 22 » PAXILLIQ
9:00 AM
PAXILLIQ
 
 
PAXILLIQ


         Paxıllıq və ya həsəd, əxlaqən mənfi xüsusiyyətlərdəndir, belə ki bəzi alimlər onu haram bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah və haram sayılacağını demişlər.
Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə həsəd apararaq, paxıllığı üzündən onu öldürə, vura və ya arxasınca qeybət edə və s.
Möminlərin əmiri Əli (ə) bu barədə buyurur: "Bədənin sağlamlığı az paxıllıq etməkdən asılıdır".
          Eləcə buyurur: "Paxılların sağlamlıqlarını unutması, təəccüblüdür". Həmçinin buyurur: "Paxıllıq bədəni məhv edər".
Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri Əsməidən belə nəql edir: "Ömrünün 120 ilini arxada qoymuş köçəri bir ərəbdən, uzunömürlü olmasının səbəbini sorduqda, dedi: Çünki başqalarına həsəd aparmamışam".
 
27 Yaşlı qızın məktubundan bir hissə

"Mən bəzi vaxtlar, qohumlarıma – qohum qız və qadınlara paxıllıq edirəm, əziyyətverici bir paxıllıq. Bu paxıllıq məni o qədər incidir ki, bəzən başgicəllənməsinə düçar oluram".
Paxıllıq və ölüm

         Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin bütün bu yaxşılıqların qarşısında, o səni məclislərdə pisləyir və deyir ki, padşahın ağzından pis qoxu gəlir. Padşah dedi: Bu sözə necə inanım? Dedi: Onu öz yanınıza çağırtdırın, əgər sultanın ağzının üfunətli qoxusunu duymamaq üçün əlini ağzına qoyduğunu müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra padşah onu yanına çağırır. Vəzir padşahın yaxınında əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının sarımsaq qoxusunu duymasın. Padşah öz-özünə dedi, o kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı və qulamlardan birinə versin deyə bir məktub da ona verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli min dirhəm hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını mənə bağışla. Vəzir yazını ona bağışladı və o paxıl, qulamın yanına gələrək yazını ona verdi. Qulam dedi: Yazılmışdır ki, sizi öldürüm, başınızı dərisini soyaraq samanla doldurum. Paxıl dedi: Vallah bu yazı məndən ötrü yazılmayıb, bir ayrısı üçün yazılmışdır, inanmırsansa get padşahdan soruş. Qulam dedi: Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. Ertəsi gün vəzir padşahın məclisinə gəldikdə, padşah məsələni araşdırır və bəlli olur ki, o kişi vəzirə paxıllıq etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır.
Həsəd haqqında Frank Hurkun sözləri

          Frank Hurk, cismi xəstəliklərin yaranmasında həsədin rolu haqda deyir: Paxıllıq, qəm və uğursuz emosiyaları beyninizdən uzaqlaşdırmağa çalışın, bu ruhi şeytanlar yalnız beyin sistemini qarışdırmaqla kifayətlənməyib, bədəndə zəhərli hüceyrələrin inkişafına səbəb olaraq, nəticədə qan dövranına əngəl törədirlər. İcad etdikləri zəhərlərlə əsəb sistemini zəiflədərək, əhval ruhiyyəyə, ruh yüksəkliyinə əvəzedilməz zərbə endirir, ən ali məqsədləri məhv edir və beyinin istedad səviyyəsini aşağı endirir
Müəllif: Mehdi Tahiri
 
Category: Diger me'lumatlar | Baxış: 1846 | Added by: Fussilət | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]