Bazar günü, 2024-12-22, 8:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 5 » ÖZÜNÜTANIMANIN ƏMƏLİ YOLLARI
1:22 PM
ÖZÜNÜTANIMANIN ƏMƏLİ YOLLARI

ÖZÜNÜTANIMANIN ƏMƏLİ YOLLARI

 

(İslami saytlara əsasən) 

Əvvəl ona diqqət etmək lazımdır ki, insanda olan əxlaqı sifətlər iki cür olur: fəal və qeyri-fəal. Fəal sifət o sifətdir ki, şəraitin hazır olmasına görə əmələ gəlmişdir. İnsan vücuduna fəal şəkildə təsir edir. Bu cür sifətləri tanımaq elə də çətin deyildir. Belə ki, insan əgər daxili vəziyyətini tədqiq edərsə, öz əməllərinə diqqət edərsə, bu sifəltəri tanıya bilər. Əlbəttə bu sahədə nəzər əhlinin məsləhətlərinə qulaq asmaq da faydalı olar.

Qeyri-fəal sifət isə o sifətdir ki, zəif olduğu üçün hiss olunmur. İstedad formasındadır. Ancaq onların inkişaf etməsi üçün lazımlı şərait yoxdur. Bu cür sifətlər insanda inkişaf etmək üçün zəminə hazırlayır. Şərait yaranan kimi inkişaf etməyə başlayır və fəaliyyət göstərir.

Bu cür ruhi xüsusiyyətlərin tanınması asan deyildir. Müəyyən üsullarla onları tanımaq olur. Ruhi xüsusiyyətlərin, mənfi və müsbət istedadların tanınması ona görə əhəmiyyətlidir ki, əgər insan onlardan qafil olarsa, nə müsbət istedadlardan bəhrələnə biləcəkdir, nə də vaxtında mənfi istedadlarla mübarizə apara biləcəkdir. Feliyyət mərhələsinə çatmamış bu sifətlərin qarşısını almaq çətin deyildir. Ancaq fəal hala keçərsə, onu zəiflətmək çətin olur. Ona görə də zəiflərimiz haqqında məlumata malik olmaq insanın mənəvi inkişafında çox əhəmiyyətlidir.

Sifətlərin və istedadların növləri

O kəs ki, öz sifət və xüsusiyyətlərini tanımağı qərara alır, istər mənfi və istərsə də müsbət istedadlar məcmuəsinə malikdir. Bu sifətlərin bəziləri sonradan əldə edilir. Yəni insan mühitin - yəni ailənin, cəmiyyətin, məktəbin təsiri altında bu sifətləri əldə etmişdir. Bunların bəziləri isə irsən keçir. Tərbiyə amillərinin və mühitin təsiri ilə feliyyətə keçir. Bəzi xüsusiyyətlər isə Allah tərəfindən əta edilmişdir. Onların çoxu keçmiş nəsillərdə olmur.

İrsi istedadların və sifətlərin tanınması

İrsi xüsusiyyətləri sonradan əldə edilmiş xüsusiyyətlərdən ayırmaq üçün keçmiş nəslin vəziyyətini tədqiq etmək olar. Bu yolla ruhi sifətləri kəşf edərək, onların irsi olub-olmadığını müəyyən edə bilərik. Ancaq irsən keçən bütün xüsusiyyətləri tanımaq və dəqiq müəyyən etmək mümkün deyildir. Ancaq əvvəlki nəsillər insan ruhunda zəminə yaratdığı üçün, onları tanımaq tərbiyəvi cəhətdən əhəmiyyətlidir. İnsanda mənfi xüsusiyyətlərin irsi olması onun üçün üzr hesab edilməz. Nə də müsbət xüsusiyyətin irsi olması onun üçün üstün cəhət hesab edilməz. İnsan ancaq səy və kamil təhsili ilə Allah dərgahında savab və mükafata çatar.

Quran buyurur: "Və insana öz çalışdığından başqa bir şey yoxdur”. ("Nəcm”, 39).

Xüsusiyyətlər cədvəlini tərtib etmək

İnsan öz həyatını və ətrafındakıların həyatını mütaliə edərək, feliyyətə keçən və keçməyən irsi xüsusiyyətləri tanıyıb, cədvəl şəklində tərtib edə bilər. Belə ki, mənfi xüsusiyyətləri bir sütunda və müsbətlərini başqa bir sütunda yerləşdirmək olar. Onların şiddətli və zəif olduğunu əlamətlərlə işarə etmək olar. Sonra əldə edilmiş sifətləri də bu cür iki sütunda yerləşdirmək olar.

Öz xüsusiyyətlərini kəşf edərək, əvvəlki nəsilləri mütaliə etməklə və öz vəziyyətini tədqiq etməklə yanaşı, yaxın dostların xüsusiyyətlərini də mütaliə edərək, müştərək ruhi və əxlaqi xüsusiyyətləri aşkar etmək olar. Əgər kimsə dindardırsa, heç vaxt yüngül insanla dostluq edə bilməz. Əgər kimsə saleh və xeyirxahdırsa, fasiq və pis əxlaqlı biri ilə dostluq edə bilməz. Ona görə də dostların xüsusiyyətlərini tanımaqla öz ruhi və əxlaqi xüsusiyyətlərimizi tanımağa yardım etmiş olarıq.

Bu cür cədvəl tərtib etməklə gündə bir dəfə ona müraciət edərək, öz daxili vəziyyətimizə qarşı agah olarıq. Bu diqqət və agahlıq insanın qəflət halından çıxmasına gətirib çıxarar. Ağıl və şüurla iradənin köməyi ilə öz meyllərimizi, əməllərimizi kontrol edə bilərik. İnsanın kontrol sahəsindəki müvəffəqiyyətinin ölçüsü, onun səy və diqqətindən başqa, Allaha olan diqqəti, imanı ilə mütənasibdir. Belə ki, elə bir vəziyyətdə olar ki, özündə zəiflik hiss edər, əgər orada dayanaraq, Allaha pənah apararsa və ondan yardım istəyərsə, iradəsi güclənər. Öz istək və meyllərinə qələbə çalar.

"Və əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha pənah gətir! O, həqiqətən, eşidən və biləndir” ("Əraf”, 200).

Allaha yönəli həyata addım atmağın ilk şərti odur ki, insan öz vəziflərindən qafil olmasın. Tədricən batinini çirkinliklərdən təmizləsin. Mərifət əhli nəzarət etməyi dərman hökmündə qəbul edirlər. Belə ki, insan xəstə olanda o şey ki, ona ziyan vurar - ondan çəkinər.

Nəzarətin mərtəbələri vardır. Ancaq bütün mərtəbələrdə həqiqət odur ki, Allah Təalanı özünün nəzarətçisi kimi qəbul edər. "Şübhəsiz ki, Allah sizə nəzarət edəndir”. ("Nisa”, 1).

Birinci mərtəbə odur ki, insan özünü Allah dərgahında hiss edər. Müxalifət etməz. Vacibatı tərk etməz. Ancaq daha üstün mərtəbə odur ki, insan Allah rizasının əksinə olan şeylərdən çəkinər. Hər sahədə onun rizası olan işləri görər. Əgər bu yola uzun müddət davam edərsə, öz zəif nöqtələrinə agah olaraq, havayi-nəfsinin qələbə çalmasının qarşısını alar. Bu onun vücudunda bir adətə çevrilər.

Mühasibə

Nəzarətdə müvəffəqiyyət qazanmağın yollarından biri də odur ki, insan günün axırında özünü mühasibə etsin. Mühasibə etmək - nəfsini islah etməyin ən təsirli amillərindəndir. İradəni gücləndirər. İmam Musa Kazım (ə) buyurur: "O kəs ki, gün ərzində bir dəfə də olsa özünü mühasibə etməzsə, bizdən deyildir”.

Bu gündəlik mühasibə zamanı əgər insan hansısa vəzifəsini yerinə yetirmədiyini və ya xəta işlətdiyini görərsə, tez bir zamanda tövbə etməlidir. Həmin vəzifəsini də yerinə yetirməlidir. Onu tərk etməyi qərara almalıdır. Nəzarət etməlidir ki, onu bir daha təkrar etməsin. Əgər saleh bir iş görübdürsə, onu özünə qarşı İlahi tofiq hesab etməlidir. Ona görə Allaha şükür etməlidir.

Əgər insan məhşərin qorxu və çətinliklərini müşahidə edərsə, qəlbinin gözü ilə Allah dərgahında dayandığını görərsə, bu halda özünü mühasibə edər, sanki Qiyamət günü hesab verirmiş kimi.

Allah Təala buyurur: "İnsan əməli hətta əgər xardal dənəsi qədər olarsa, belə gətirir və onun hesabını aparırıq”. 

Hazırladı: Məşhədi Xanım,
deyerler.org


Category: Exlaq | Baxış: 1100 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]