Bazar günü, 2024-12-22, 9:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 23 » Özünə əziyyət versən…
9:22 PM
Özünə əziyyət versən…


İlahi səfərə çıxmış insan başqalarından qırılır – kimsədən təmənnası olmur, kimsədə eyb axtarmır, kimsəni günahlandırmır. Onun ilkin hədəfi özüdür. Onu öz qüsurları, öz günahları narahat edir. Allah yolçusu səs-küylü məclislərdən, zarafatlardan, tanınmaq həvəsindən uzaqdır. Ona cəmiyyətdə tanınmaq yox, tanınmamaq ləzzət verir. 
Təəssüf ki, Allah yolçuluğu iddiasında olanların əksəriyyətinə bu səfərdə mane olan ciddi bir səbəb var: özünü yox, başqalarını görmək!
Əmirəlmöminin Əli (ə) buyurur: "Mömin o insandır ki, özünə əziyyət verdiyi halda, başqaları onun əlindən rahatdır.” 
Sədi yazır:
Sonda Allah bağışlar o bəndəni
Varlığıyla incitməmiş kimsəni.
Bəli, insan nə qarışqa tək ayaq altda qalmalı, nə də arı tək qarşısına çıxanı sancmalıdır. Allah-taala ölçülər təyin edib və İnsan olmaq istəyən adam bu ölçülərə müraciət etməlidir. Nə byurur Allah-taala: Qeybət etmə, böhtan danışma, iftira yaxma, yoldan ötənə daş atma, kimsənin bağına əl uzatma… Yüzlərlə təyyarəni havaya qaldırıb, yüzlərlə topu işə salan, məzlum millətlərin başına mərmi ələyənlərin hesabı ayrıdır. Amma biz də bir insana kiçik əziyyət verməklə həmin zalımların nümunəsi oluruq. 
Həzrət Peyğəmbər buyurur: "Başqalarına əziyyət verməkdən çəkin - bu sənin özünə ən böyük sədəqəndir.” Başqa bir hədisdə buyurulur: "Xalqa əziyyət verən şəxs pis adamdır. Ondan da pisi var: bir şəxs ki, insanlar ondan qorxduğu üçün ehtiram göstərər.”

HaqqYolu
Elm və Mədəniyyət bölməsi


Category: Diger me'lumatlar | Baxış: 941 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]