Cümə axşamı, 2024-12-26, 3:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 22 » ÖVLADLARIMIZI NAMAZ QILMAĞA NECƏ HƏVƏSLƏNDİRƏK?
9:31 PM
ÖVLADLARIMIZI NAMAZ QILMAĞA NECƏ HƏVƏSLƏNDİRƏK?

ÖVLADLARIMIZI NAMAZ QILMAĞA NECƏ HƏVƏSLƏNDİRƏK?

 

(Ustad Ənsarianın nəzərlərinə istinadən)

Uşaqların namaz qılmağa həvəsləndirilməsi üçün bir neçə yol vardır:

1- Valideynin evdə namaza böyük əhəmiyyət verməsi, namazı əvvəl vaxtda qılmaq, pakizə paltarla namaz qılmaq və s.

2- O zaman ki, uşaq elə yaşa çatsa ki, başqalarının namaz qılmağına mane olmaz, onu məscidə aparın.

3- Namazın faydalarını və təsirini uşaqlarınıza danışın. Məsələn, deyə bilərsiniz ki, namaz Allahın məhəbbət və dostluğunu insana bəxş edir. Namaz insanı xoşbəxt edir. Ruha rahatlıq verir. Çünki Allahı yada salırsan və Allahı yada salmaq ürəkləri aram edər.

4- Uşaqlara mömin namazqılanları nümunə göstərmək olar, Quran qariləri və hafizləri kimi.

5- Uşağın arzuladıqları şeyləri həyata keçirtmək, uşağı bir növ həvəsləndirmək.

6- Uşaqların namaz qılan yaşıdları ilə dost olması.

7- Uşaqları tərbiyə edən zaman gərək valideyn onlarla dost olsun, onlarla məhəbbətlə rəftar etsin. Elə etmək lazımdır ki, onlar valideynlərini və evdə olanları onun xeyrini istəyən insanlar kimi qəbul etsinlər və o zaman ki, onlara deyiləcək ki, namaz qıl, bu zaman yaxşı işə dəvət olunduğunu qəbul etsin. 

Hazırladı: Məşhədi Xanım,
"Dəyərlər

Category: Exlaq | Baxış: 922 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]