Bazar günü, 2024-12-22, 11:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 5 » Övladın tərbiyəsi
12:44 PM
Övladın tərbiyəsi
 Övladın tərbiyəsi
 

Uşağı yeddi yaşına qədər oyunları ilə məşğul olmaq üçün azad buraxmaq və yeddi yaşından sonra onun tərbiyəsinə başlamaq lazımdır. Əgər tərbiyəsi yaxşılığa doğru getsə, tərbiyəni davam etdirməli, yaxşı olmasa, artıq onun tərbiyəli olmasına ümid edilməməlidir. («Kafi», 6-cı cild, səh.46)
     İmam Sadiq (ə) bu barədə belə buyurub: «Yeddi yaşına qədər uşağı oynaması üçün azad burax, ikinci yeddi ildə ona yazı yazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah-Taalanın əhkamında olan halal və haramı öyrət». («Kafi», 6-cı cild, səh.47)
     Oğlan uşaqları altı yaşına çatandan sonra onların bir yorğan-döşəkdə yatmasına icazə verilməməlidir. («Vafi», 3-cü cild, cüz 12, səh.210) Həmçinin, on yaşına çatmış qız və oğlanların yataqları ayrı olmalıdır. («Kafi», 6-cı cild, səh.47) Uşaqlar dərketmə həddinə çatan kimi onlara hədislər öyrədilməlidir. Həzrət Əlinin (ə) məhəbbətini onların qəlbinə salmaq («Vafi», 3-cü cild, cüz 12, bab tədib, səh.210), onlara Quran öyrətmək («Nəhcül-bəlağə», 399-cu hikmət), onlarla ədəb-ərkanla rəftar etmək, onları yaxşı adla çağırmaq («Kafi», 6-cı cild, səh.48), onlara üzməyi və ox atmağı öyrətmək lazımdır. («Kafi», 6-cı cild, səh.47) Uşaqlıq çağlarında övladın şuluq və şıltaq olması, onun böyüyəndə səbirli və bilikli olacağının əlamətidir. Uşaqla kobud rəftar etmək və ağır işləri uşağa tapşırmaq düzgün deyil. Hər vaxt övladına bir şey vədə verdin ona əməl etməlisən. («Kafi», 6-cı cild, səh. 50, hədis 5-8) Həmişə onu mehribanlıqla öpmək savab işlərdəndir. Rəvayətdə nəql olunub ki, hər kəs öz övladını əzizləyib öpərsə, Allah ona savab yazar. Övladını sevindir ki, Qiyamət günü Allah-Taala səni sevindirsin. («Kafi», 6-cı cild, səh.49) Uşaqla uşaq kimi oynanılmalıdır. Övladlar arasında heç vaxt fərq qoymayın. («Bihar», 104-cü cild, səh.93) Bu işi yalnız o vaxt edə bilərsiniz ki, o uşaq elmi, əməli və əxlaqı ilə fərqlənsin.
     İmam Sadiq (ə) buyurub: «Elə ki, oğlan uşağı üç yaşına çatdı, ona yeddi dəfə «La ilahə-illəllah» kəlməsini deməyi öyrədin. Uşağın üç yaş yeddi ay iyirmi günlüyündə ona yeddi dəfə «Muhəmmədun Rəsulullah» deməyi təlim verin. Dörd yaşı tamam olanda isə ona yeddi dəfə «Səlləllahu əla Muhəmmədin və alihi» kəlməsini öyrədin. Beş yaşı tamam olanda onu Allaha səcdə etməyə vadar edin, altı yaşı tamam olanda ona namaz qılmağı öyrədin. Yeddi yaşında ona dəstəmaz almaq və namaz qılmağı təlim edin. Doqquz yaşında isə bunların hamısı ona kamil şəkildə öyrədilməlidir. Əgər dəstəmaz və namazı tərk edərsə, onu orta səviyyədə cəzalandırmaq lazımdır. Çünki o, bu işləri öyrənsə, Allah onun ata və anasını bağışlayar. («Məkarimul-əxlaq», 1-ci cild, səh.477) Uşağın əl-üzü yatmazdan qabaq çirkli olarsa, onu yumaq lazımdır, çünki şeytan yuxu əsnasında onu iyləyib qorxuda bilər, əməlləri yazan mələklər də əziyyət çəkərlər. («Məkarimul-əxlaq», 1-ci cild, səh.478) Hər vaxt öz əhli-əyalına hədiyyə almaq istəsən, mütləq birinci qızları fikirləş, sonra oğlanları. («Səvabul-əmal», səh.239)
     Çalış həmişə uşaqlarını sevindirəsən («Kafi», 6-cı cild, səh.49), onlara qovut və nar yedirt. («Məhasin», səh.546)
     Uşağın çox ağlamamasına görə, bir də qadının yuxuda və ya oyaq vaxtı oğrudan qorxmamasına görə bu ayəni oxumaq lazımdır:
     «Fəzərəbnə ələ əzənihim fil-kəhfi sininə ədədən summə bəəsnəhum linələmə əyyul-hizbəyni əhsa limə ləbisu əmədə».
     Qız uşağı altı yaşına çatdıqda, naməhrəm kişi onu öpməməlidir, həmçinin onu qucağında oturtmamalıdır. Anası onu heç vaxt çılpaq halda yanında yatırtmamalıdır, çünki bu yaşda olan qız uşağı qadın hökmündədir. O yaşda olan qızı oğlanlar öpməməlidir. Oğlan uşağı isə yeddi yaşına çatandan sonra qadınları öpməməlidir. («Mən la yəhzəruhul-fəqih», 3-cü cild, səh.275-276)
     İmam Museyi-Kazim (ə) buyurub: «İnsanın əhli-əyalı onun əsirləridir. Allah-Taala insana nemət əta etdikdə, öz əhli-əyalının yaşayışını yaxşılaşdırmalıdır. Əgər belə etməsə, tezliklə o nemət əlindən çıxar. («Mən la yəhzəruhul-fəqih», 3-cü cild, səh.362)


Category: Diger me'lumatlar | Baxış: 1204 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 3
0  
3 anta   (2009-09-07 1:50 PM) [Daxil et]
cox sag olun.allah sizden razi olsun.meni aydinlatdiniz

0  
2 es-selat   (2009-09-05 8:44 PM) [Daxil et]
Muhemmed Fazil Lenkaranin aganin fetvasina goreOrucu bati eden seyler bunlardir.
On sey orucu batil edir.Yemek, Icmek, cima, istimna, Allah ve peygember (s) ve onun canisinlerinin (e) adindan yalan demek,qeliz tozu bogaza catdirmaq, basin her yerini suya batirmaq, subh azanina qeder cenabet, heyz ve nifas halinda qalmaq,axici (maye) seylerle imale etmek, qusmaq.

Usagi opmek orucu batil etmir. Amma Insan meninin cole gelmesi qesdi olmadan oz qadinini operse,yaxud sehvetini tehrik eden bir is gorse ve adeti de bu qebil islerden meninin cole gelmesi olmasa, mekruhdur.Amma meninin cole gelmesi qesdi ile olsa ve meni gelse, orucu batildir.seh 167/174


0  
1 anta   (2009-09-05 6:26 PM) [Daxil et]
oruc halda usagi(1yas2ayliq) opsen orucun pozular?cox xais edirem sualima cavab yazin.umumiyyetle kimise opmek orucu pozur?

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]