Bazar günü, 2024-12-08, 5:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 12 » ÖVLADIN DIYƏSI SƏNIN ÖHDƏNƏDIR!
1:56 PM
ÖVLADIN DIYƏSI SƏNIN ÖHDƏNƏDIR!
ÖVLADIN DIYƏSI SƏNIN ÖHDƏNƏDIR!
Bədəxlaq bir qadın barəsində Ömərə xəbər verdilər. Ömər əvvəlcə onu təhdid etdi, sonra hüzuruna çağırdı. Qadın bərk qorxdu və qorxunun şiddətindən doğuş ağrısı başlandı. Bir evə pənah aparıb uşağı dünyaya gətirdi. Körpə o qədər ağladı ki, axırda öldü. Ömər bu xəbəri eşidəndə çox narahat oldu, canına qorxu düşdü. Bu məclisdə olanlar ona ürək-dirək verib dedilər: – Ey xəlifə! Sən bu barədə heç bir məsuliyyət daşımırsan (uşağın qanbahası sənin öhdənə deyil).
Ömər dedi: – Gedin, bu məsələnin hökmünü Əlidən soruşun.
Məsələni Həzrət Əli (ə)-dan soruşduqda buyurdu: – Əgər siz ictihad edib bu sözü ona (Ömərə) demisinizsə, haqqa çatmamısınız. Əgər fikirləşmədən demisinizsə, yenə də xataya yol vermisiniz. (Sonra Ömərə buyurdu:) Uşağın diyəsi sənin öhdənədir.("Təhzib", "diyə" kitabı, "Ziyadat" babı, 8-ci, hədis )
Category: Exlaq | Baxış: 997 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]