Bazar günü, 2024-12-22, 8:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 29 » OTURUB-DURMALI OLDUĞUMUZ İNSANLAR
12:13 PM
OTURUB-DURMALI OLDUĞUMUZ İNSANLAR

OTURUB-DURMALI OLDUĞUMUZ İNSANLAR


(Dəyərli əxlaq alimi Ustad Ənsarianın nəzərlərinə istinadən) 

 İslam maarifi oturub-durmaq üçün üç nəfəri bizə tanıdır: 
1. Rəfiqin olan insanla;

2. İnanılmış insanla;

3. Qardaş kimi bildiyin insanla. Yəni, o kəslə ki, ona "qardaşım” deyirsən. 

Hər üç kəlmə Quranda işlədilmişdir. Bu üç insanlar bu dünyada bir şəkildə və axirətdə isə başqa bir şəkildə bizimlə olacaqlar.

Bunların hər birinin dünyada öz xüsusiyyətləri vardır. Ona görə də gərək onları tanıyaq.

Həqiqi rəfiq

Həzrət Əli (ə) buyurub: "Hər kim ki, sənin eybini gizlədər və yadına salmazsa - sənin düşmənindir”. İnsanın rəfiqi o kəsdir ki, başa düşən, ağıllı və hər şeyi anlayandır. Qabaqcadan xeyir və şəri tanıyar. Yaxşıları və eybləri bilər. Diqqət etmədiyin eybləri o, xeyrxahlıq və ürək ağrısı ilə sənə tanıdar. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: "Mömin - möminin aynasıdır”.

Möminin dostu o kəsdir ki, sanki onun aynasıdır. Orada özünü kamil şəkildə görə bilir. O rəfiq yaxşı hesab edilə bilər ki, dostunun eyblərini dəqiq göstərir. Belə rəfiq insanı sağlam tərəfə hərəkət etdirər. Belə rəfiqi olan insane əxlaqda, əməldə və rəftarda eybsiz olarsan.

Bu cür insanların həyatı o qədər dəyərlidir ki, İmam Musa ibni Cəfər (ə) buyurur: "Yaxşı olar ki, siz həyatınızı dörd hissəyə böləsiniz: onun bir hissəsini dünyaya aid edəsiniz və pul qazanmaq ardınca gedəsiniz. Çünki pul həyatın təbii və işəyarar vasitələrindəndir …”. Ancaq onun yanında bizə bir neçə tövsiyələri də olmuşdur.

Halal ruzi

Pulla bağlı ən mühüm tövsiylərindən biri odur ki, hər nə qədər istəyirsinizsə ruzi qazanın, ancaq halal yolla qazanın. Quranda çox maraqlı bir nöqtə vardır ki, halal ruzi təkcə bizə tövsiyə edilməmişdir. Bu nöqtə Allah dərgahında o qədər mühümdür ki, bütün yüz iyirmi dörd min peyğəmbərə tövsiyə edilmişdir.

Ona görə də halal ruzi dalınca olmalıyıq. Quran ayələrindən görmək olur ki, haram mal - cəhənnəmə tərəf olan qapıdır. Yəni o kəs ki, haram yolun sorağına gedər, özünü Qiyamət əzabına layiq edər. Əgər Allah Təala ona tofiq versə ki, qeyri-dini yolla əldə etdiklərini sahiblərinə qaytarsın, bu da birinci tövsiyəyə aid olar.

Malında paxıllıqdan əl çəkmək

Pul haqqında bizə tövsiyə edilən ikinci şey odur ki, pulunuzda paxıllıq etməyin. Əgər pul paxıllığının əsiri olarsa, yenə də cəhənnəmin qapılarını açmış olar.

"O kəs ki, pul əldə edər və onu saxlayar ki, əlindən getməsin, ona ağrılı İlahi əzaba müjdə ver”. ("Tövbə” surəsi)

Bu, ikinci tövsiyədir. Pulu halal ruzi yolu ilə əldə edin, ancaq əldə etdiyin bu pulu saxlamayın. Həbs etməyin.

Üçüncü tövsiyə odur ki, əldə etidiyiniz pulla ilk növbədə ailənin rahatlığını təmin edin. Nəinki pullar dəstə-dəstə olsun. Yığılmış pullarla nə etmək istəyirsən ki?

Həzrət Peyğəmbər (s) buyurur: "Evin, miniyin və geyimin şəninə görə olmalıdır”. Bizim həyatımız dörd şeydən asılıdır, yəni evdən, yeməkdən, minikdən və geyimdən. Bizim zamanımızda minik maşındır. Ancaq həddən ziyadə bahalı maşın nəyə lazım ola bilər?! Dünyaya gəldiyimiz ilk günlər bizi beşiyə qoyarlar. Bu, bizim həyatımızın ilk miniyidir. Həyatımızın son miniyi isə tabutdur. Bu iki minikdən başqa elə bir minik lazımdır ki, bizi o tərəfə - bu tərəfə apara bilsin.

Əgər pul toplamısansa, ailəndən sonra ikinci dərəcəli insanlara növbə çatır. Bu insanlar -ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xaladır.

Pul haqqında verilən dördüncü tövsiyə odur ki, pulu günahda toplamayın. Pulun vasitəsilə rəhmətə, məğfirətə çatdığınız kimi, günaha da bata bilərsiniz.

Həyatın dörd hissəyə bölünməsi

İmam Musa ibni Cəfər (ə) buyurur ki, həyatını dörd hissəyə böl:

Birinci hissə: İbadət dalınca ol. Hövsələmizi azaldan bu ruzigarda heç olmasa vacibatları yerinə yetir.

İkinci hissə: Bəyan etdiyimiz pulun ardınca get.

Üçüncü hissə: rəfiq

Elə bir insanla dostluq edin ki, sizin eyblərinizi ürək ağrısı ilə sizə desin. Eyblərinizi başqlarının yanında deməsin. Çünki sizi çox istəyir. Onların bu işi də Allaha görədir. Qoy sənə eyblərini desin.

Dördüncü hissə: Haram olmayan gəzinti. Sən ləzzətə ehtiyac duyduğundan din demir ki, bu qapıları üzünə bağla. Bəlkə deyir ki, aç, ancaq halal qapıdan.

Bir zamanlar Hacı Nizamul-Mülk Tusi adlı baş nazir olur. O, hökuməti yaxşı idarə edirdi. Günlərin birində ona hücum edirlər. Onun böyrünə qılınc vururaraq, öldürürlər. Ondan sonra Səfəvi dövrünə qədər məmləkət dirçəlmədi. O, hər gün məmləkətin böyükləri ilə iclas keçirərdi. Bir gün ölkənin siyasətçiləri, müşavirləri görürlər ki, qapıdan bir kişi daxil olur ki, paltarı və ayaqqabısı köhnədir. Əvvəl təəcüb edirlər ki, onu niyə buraxıblar. Sonra başa düşürlər ki, o, Əbu Nəsr Fərabidir. Onu Suriyadan dəvət etmişdilər. O, zahid və filosof idi. Həmişəki paltarı ilə otağa daxil olur. Nə onun salamına cavab verirlər, nə də ayağa qalxırlar. Əbu Nəsr ayaqqabı qoyulan yerdə oturur. Bir müddətdən sonra iclasın müdiri deyir: "Əbu Nəsr Fərabi gəlməyib? Deyirlər: "Yox”. İclas qurtarır və o, özü də demir ki, kimdir. Ona fikir vermirlər. Əbu Nəsr sabah da gəlir, ancaq bu dəfə filosof əmmaməsini taxır, ağ köynək, bahalı əba geyinir. O, içəri girəndə hamı ayağa qalxır və ona başda yer verirlər. O, bir şey demir. Yemək süfrəsini açanda Əbu Nəsr paltarın qolunu açır və yeməyi ora tökməyə başlayır. Hamı deyir ki, o, dəli olmuşdur. Soruşurlar: "Niyə belə edirsən?” Deyir: "Mənim bu iclasda hörmətim bu paltarıma görədir. Çünki mən dünən də gəlmişdim. Ayaqqabıların yerində əyləşmişdim. Ancaq siz mənim salamımı belə almadınız”.

Həzrət buyurur: "Bəzən İlahi övliyalar köhnə paltarlar içində itirlər. Ehtiyatlı olun ki, insanlara az diqqət edəsiniz. Çünki Allaha az diqqət etmiş olarsınız”.

Eyblərin deyilməsi dost tərəfindən olan hədiyyədir

İmam Musa ibni Cəfər (ə) buyurur: "Bu rəfiqlər Allaha və sənə məhəbbətə görə eyblərini ancaq sənə deyərlər. Yüksək danışmazlar ki, abrın getməsin”. 

Bu hekayənin davamı:

Əbu Nəsr gələndə Hacı Nizamul-Mülk ayağa qalxır və Əbu Nəsri qarşılayaraq, yanında əyləşdirir. Ondan icazə alır ki, iclası davam etdirsin? İclas qurtaranda o, Hacının qulağına iki kəlmə söz deyir və gedir. Hacı da onu qapıya qədər yola salır. Soruşurlar: "Hacı, bu kim idi ki, indiyə qədər bizə etmədiyin hörməti ona etdin?”. "Siz hamınız yaltaqsınız. Həmişə mənim haqqımda yaxşı danışırsınız. Ancaq o, arif, alimdir. Mənim eyblərimi ancaq mənə deyir. O, məni islah edir və bu cür insanlar dəyərlidirlər. Mən bu cür rəfiqi qəbul etməliyəm. Özümün görmədiyim eyblərimi mənə söyləyənin əlini öpərəm. Ona təşəkkür edərəm. Allah ona rəhmət etsin. Əgər mənə eybimi deməsəydi, daha da böyüyərdi. Bizi İlahi rəhmətdən uzaqlaşdırardı”.

Ustad Ənsarian deyir: "Mən o insanlardan qaçıram ki, pis hərəkətlərimə əl çalırlar və bərəkallah deyirlər. Çünki bu insanlar xaindirlər”.

İkinci insanlar inanılmış insanlardır. Bu insanlar kimlərdir? O insanlardır ki, daima sizi günaha batmaqdan qoruyurlar. Bu cür insanlar sənə xəbərdarlıq edərlər. Çünki səni günaha batmış görmək istəmirlər. Ancaq üçüncü insanlar qardaşlarındır. O kəslər ki, səni Allaha çatdırarlar. 

Hazırladı: Məşhədi Xanım,
deyerler.org


Category: Exlaq | Baxış: 1163 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 2
0  
2 Ənfal   (2011-03-30 10:56 AM) [Daxil et]
ashurey777 Allah cəmi müsəlmanlardan razı olsun.

0  
1 ashurey777   (2011-03-30 10:17 AM) [Daxil et]
çox maraqlı yazı idi, baci. Allah razı olsun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]