Bazar günü, 2024-12-22, 9:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 11 » Ömür sayğacı haqqında
9:13 PM
Ömür sayğacı haqqında
Ömür sayğacı haqqında


100 il yaşa. Hər ili 12 aydan olur cəmi 1200 ay. Hər ay 30 gün, hər gün 24 saat götürüləndə 100 illik bir ömür 864 min SAAT! Nə üçün ixtira etdilər saatı? İnsanlar öz ömürlərinin necə əridiyini görsün deyə? Bu başqa bir söhbətin mövzusudur. İndi isə saat haqqında.
Öncədən qeyd edək ki, saatın kəşf olunma və təkmilləşmə tarixi ziddiyyətlidir. Bir çoxları ilk saatın qədim Misirdə yaradıldığını iddia edir. Əlbəttə ki, saatın Çində ixtira edilsiyini də düşünənlər var. Amma söhbət bu günkü gözəl, bahalı saatlardan getmir. Qədim saatları zamanölçən adlandırmaq daha düzgün olardı. Çünki ilk saat deyəndə yerə basdırılmış və günəş şüalarından yaranan kölgəsi ilə vaxtı bildirən dirək ya çubuq nəzərdə tutulur. Yunanlar bu çubuğa qnomon deyirdilər. 
Orta əsrlərdə xristian Avropada günəş saatları təkmilləşdirildi. Bu saatlar qədim qnomonlardan bir o qədər də fərqlənmirdi. Sadəcə çubuq qiymətli materialdan hazırlanırdı. Sonrada klepsid adlanan su saatları ixtira edildi. Çində bu saatlardan 4,5 min il əvvəl istifadə edilirdi. İlk zəngli saatın filosof Platon trəfindən hazırlandığını deyilir. Bu saat şagirdlərə dərsin başlandığını bildirirdi. 
13 əsrdə od-şam saatlar ixtira edildi. Qum saatları isə ilk dəfə Parisdə 14 əsrdə hazırlandı. 
Qədim Vizantiyaya aid mənbələrdə ilk mexaniki saatlar haqqında məlumat verilir. Bu təqribən 9 əsrə təsadüf edir. Qeyd olunur ki, ilk qüllə saatını 996-cı ildə Herbert hazırlayıb. 
Yalnız 15 əsrdə evlərdə saat peyda olur. Hələ 18 əsrdə mövcud saatlar müasir saatlara bənzəmirdi. 
1641-ci ildə Qaliley kəfkirli saatı ixtira edir. Ölümündən sonra oğlu bu saatı daha da təkmilləşdirir.
18 əsrin 60-cı illərində isveçli Abram Lui Breqe ilk cib saatını düzəldir. 1798-ci ildə saatda saniyə əqrəbi peyda oldu.

HaqqYolu/374.ru

Category: Diger me'lumatlar | Baxış: 972 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]