Əsas səhifə » 2012 Fevral 8 » Ölümdən qabaq soruşulması lazımolan 40 sual
7:00 AM Ölümdən qabaq soruşulması lazımolan 40 sual | |
Ölümdən qabaq soruşulması lazımolan 40 sual Bu sualların doğru və ya səhv cavabları yoxdur. Bəli, "ölümü və axirəti" yenidən düşündürəcək "40 sualı" özümüzə bu andan etibarən soruşmağa başlaya bilərik. 1 - Haradan gəldim və hara gedirəm? 2- Bu dünyaya mən nə üçün gəldim? 3- Özüm üçün istədiyimi başqaları üçün də istəyirəmmi? 4- Cəmiyyət və insanlıq üçün nə etdim? 5- Məni xatırladacaq hansı işləri gördüm? 6- Bir əsr əvvəlki insanlar indi haradadır? 7- Həyatımda ən çox nəyə dəyər verirəm? 8- İçimdəki mən ilə əməlim uyğunlaşırmı? 9- Bir gün sonra öləcəyimi bilsəm, nə etmək istəyərdim? 10- Etdiyim səhvlərin hesabatını verə biləcək səbəblərim varmı? 11- Həyatda ən çox əhəmiyyət verdiyim şey nədir? Niyə? 12- Peşman olduğum hərəkətləri təkrar edirəmmi? 13- Əlimdə çox böyük imkanlarım olsa, başqaları üçün nə edərdim? 14- Əlimdə olan imkanlarımın, öldükdən sonra mənə nə faydası olacaq? 15- Tənha qaldıqda ən çox nə haqda düşünürəm? 16- Səhvlərdən nəticə çıxardırammı? 17- Özümdə dəyişdirmək istədiyim ən vacib şey nədir? 18- Özümü daxilən təmin etmək üçün nələr edirəm? 19- Özümə kimi nümunə götürürəm? Belə bir şəxs varmı? 20- Hansı daha əhəmiyyətlidir: müvəffəqiyyətlərim, yoxsa qürurum? 21- Başqalarıyla ən çox nəyi bölüşürəm? 22- Məni ən çox nə xoşbəxt edir? Niyə? 23- Səhv etməmək üçün hansı işləri görürəm? 24- Ən çox nəyi sevirəm? Nə üçün? 25- Ən çox nədən qorxuram? Niyə? 26- Axirətə köç edən qohumlarımı və yaxınlarımı xatırlayırammı? 27- Mən də axirətə köç etdikdə məni xatırladacaq hansı işləri görürəm? 28- Pis vərdişlərimdən imtinaya cəhd göstərirəmmi? 29- Hansı yaxşı vərdişlərim var, başqalarına faydası olurmu? 30- Həyatın mənası nədir, mən nə üçün yaşayıram? 31- Ən çox birlikdə olduğum 5 adamın xüsusiyyətləri nələrdir? 32- Yaşlandıqda mənimlə ən çox kim maraqlanacaq? 33- Sevdiyim şəxslərlə daha çox vaxt ayırmaq üçün hansı işləri görürəm? 34- Qapı qonşumla əlaqələrim necədir? 35- Etdiyim səhvlərə görə üzr istəyirəmmi? 36- Halımdan razıyam, yoxsa şikayətçi? Niyə? 37- Özümü kimlərlə müqayisə edirəm? 38- Gələcəkdə özümü bir insan kimi necə görmək istəyirəm? 39- Qazancımın nə qədəri alın təridir? 40- Səhər yuxudan durduqda nə haqda düşünürəm? iman.ge | |
|
Total comments: 0 | |