Bazar günü, 2024-12-22, 4:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 5 » Ocaq söhbətləri
10:29 AM
Ocaq söhbətləri
Hidayət çırağından

"Allah Ona bəndəlik edib haqqını yerinə yetirənlərə istədiklərindən artıq bəxş edər"

"Əgər yoxsulluq, xəstəlik və ölüm olmasaydı, Adəm övladı heç vaxt təslim olmazdı"

"Salam verməyə paxıllıq edən şəxs insanların ən paxılıdır. Salam vermədən onlara söhbət etmədən icazə verməyin"

"Başqalarının ixtiyarında olan dünya malına hörmətlə yanaşan şəxs mənəvi baxımdan insanların ən üstünüdür"

"İşi çətinə düşən şəxsin çıxış yolu səbr etməkdir"

"Üzr istəyəcəyin işlərədn həzər et. Çünki mömin nə pis iş görər, nə də sonradan üzr istəyər. Amma münafiq hər gün pis işlər görər və elə hey üzr istəyər".

Qanlı torpaq

Salam, ey qəlblərin Kəbəsi,
Salam, ey qəlblərin sönməyən şamı.

İmam Hüseyn (ə) dünyaya gəldiyi zaman xeyr-dua verilməsi üçün babası Hz. Muhəmmədə (s.ə.s) verilir. Peyğəmbər (s.ə.s) uşağın sağ qulağına Azan, sol qulağına İqamə oxuduqdan sonra göz yaşları axıdır. Ümmi Sələmə Ondan bunun səbəbini soruşduqda Peyğəmbər (s.ə.s) əlindəki bir ovuc torpağı ona göstərərək buyurur:" Qardaşım Cəbrail mənə bu torpağı gətirdi. Və Hüseynimin mənim ümmətimdən olan üsyankar camaat tərəfindən Kərbəla çölündə ac-susuz şəhid ediləcəyini xəbər verdi". Sonra torpağı ona verib buyurur; " Ey Ümmi Sələmə, bu torpağı göz bəbəyin kimi qoru, balam Hüseyn Kərbəlada şəhid olduğu zaman o, qan rəngi alar".
Ümmi Sələmə deyir;
"Kərbəla hadisəsi baş verdiyi gün Peyğəmbər (s.ə.s) mənə əmanət verdiyi bir ovuc torpaq qan rənginə boyandı və mən bir daha Peyğəmbərin (s.ə.s) əzəmətini dərk etdim".

Etiraz

Hələ sağlığında Müaviyyə oğlu Yezidi məclis iştirakçılarının qarşısında tərifli sözlərə təqdim etdikdə İmam Hüseyn (ə) ona etiraz edərək buyurur; "Ey Əbu Süfyanın oğlu, sən fasiq oğlunu elə təqdim etdin ki,sanki biz onu tanımırıq. Məgər şərabxorluq edən,it və müymunlqra oynayıb eyş-işrət məclislərikeçirən o deyilmi?!".

* * *

İmam Hüseyn (ə) hətta döyüş meydanında  bütün silahdaşlarını itirib tək qaldığı zaman əzmkarlığını itirmədən buyurur: "Siz elə fikirləşməyin ki, əzizlərimi itirməklə peşman olmuşam. Əgər siz hələdə danışıqlara hazırsınızsa, mən də hazıram!".


Vəhdət məktəbi

İmam Hüseyn (ə) Kərbəladakı vəhdət və qardaşlıq əsasını imanla qoyur. Milliyətcə ərəb olan Abbası, oğlu Əliəkbəri, qardaşı oğlu Qasimi və başqalarını, eləcədə qeyri-ərəb millətindən olan qaradərili Əbuzərin oğlu Cəunu və türk millətindən olan Əsləmi məhz iman bayrağı altında bir araya gətirə bilir.


Category: Exlaq | Baxış: 900 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]