Bazar günü, 2024-12-22, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 6 » O ZAMAN Kİ, ALLAH İNSANIN QONAĞI OLUR
8:43 PM
O ZAMAN Kİ, ALLAH İNSANIN QONAĞI OLUR

O ZAMAN Kİ, ALLAH İNSANIN QONAĞI OLUR

 


 Ayətullah Abdullah Cavad Amuli Mazandaranın canbazları ilə görüşən zaman Həzrət Fatimeyi-Siddiqənin (s.ə.) şəhadəti münasibətilə başsağlığı vermiş və Allahın insana yaxınlığı haqda danışmışdır. (abna)

Ayətullah Abdullah Cavad Amuli buyurmuşdur ki, Həzrət Fatimeyi-Zəhra İslamın ilk canbazlarından olmuşdur. O kəsin ki, sərvəti var və bu sərvəti Allah yolunda xərcləyər, Allah o sərvəti qəbul edər. Bu məsələ ancaq İslam dininə aid deyildir, bu haqda bütün səma kitablarında deyilmiş və bütün peyğəmbərlər söyləmişdilər.

Allah o kəsin sərvətini qəbul edər ki, onun sahibi səmimidir. Əmirəl-möminin (ə) Müaviyə lənətliyin məktubuna belə cavab yazmışdı: "Ey Müaviyə! Sənin məktubun mənə çatdı. Əgər İslamda eqoistlik pis olmasaydı, mən öz ailəmin fəzilətlərindən bir qədər danışardım ki, biz kimlərdənik. Eqoistlik pis işdir. İnsanın tək nicat yolu - xudbin olmamaqdır. Biz gərək özümüzü tərbiyə edək, nəinki eqoistlik edək. O zaman ki, "öz”ümüzü kənara qoyduq, Onu görərik. Ona görə də bizim tək nicat yolumuz - xudbin olmamaqdır. Əgər nəfsin tərbiyəsi güclü olmasaydı, biz özümüzü tanıtmağa çalışardıq. Ancaq bizim qəlb və dilimiz indi bağlıdır. Öz ailəmiz və nəslimiz haqda bir şey demirik. Ancaq o şey ki, şəhadət və canbazlığa aid olarsa, şərh edərəm. O budur ki, Müaviyə, bir çoxları İslam yolundakı müharibədə öldürülmüş və canbaz olmuşdular. Ancaq o kəslər ki, bizim ailəmizdən şəhid və canbaz olmuşdular, xüsusi məna alar. Əmim Həmzə Ühüd döyüşündə şəhid olmuş və Seyyidi-şühəda olmuşdur. Qardaşım Cəfər Allah yolunda əllərini vermişdir və "Cəfər Təyyar” olmuşdu. Sübhan Allah qardaşımın iki qolunun yerinə iki qanad verdi və bu qanadlarla mələklərlə uçur. Biri əlini verir və qanad alır və "Cəfər Təyyar” kimi olur. Ancaq bir nəfərin dünyada əli vardır, başqalarını himayə etmək yerinə "tez buxarlanan Cəfər” olur. Hər kəs Təyyarın fəzilətinə nail olmaz. Biz inşallah ola bilsin ki, behişt əhli olaq. Ancaq uçma əhli deyilik. O əzizlər ki, Allah yolunda əllərini itirirlər, behiştdə uçarlar.

Baxmayaraq ki, Sübhan Allah hər yerdə vardır, ancaq iki yerdə olmağı daha yaxındır. Sübhan Allah bizi bir yerdə öz qonağı edər, bu, mübarək Ramazan ayıdır. O kəslər ki, oruc əhlidirlər - Allahın qonaqlarındandırlar. Başqa bir yerdə biz Sübhan Allahın qonaqlığına gedirik ki, bu da həcc və ümrədir. O kəslər ki, təvaf əhlidirlər və Allah evini ziyarət edərlər, Sübhan Allahın qonaqlarından olarlar.

Bəzən də Allah insanın qonağı olar. Sübhan Allah buyurur ki, Mən o kəslərin ki, qəlbi qırılmışdır, Allahdan başqasına ümid bəsləmirlər, Mənimlə dərdləşirlər və Məndən nə isə istəyirlər - o kəslərin qonaqlığını qəbul edirəm”.

Ayətullah Cavad Amuli buyurur: ”Siz əziz canbazlar, öz sərmayənizi Allah yolunda vermisiniz. İnşallah ki, behişt əhlisiniz. Çalışın ki, mələklər səviyyəsində olasınız. İndi ki, siz əzizlər üçün bu fəzilət vardır, Sübhan Allah sizin qonağınızdır. İstəklərinizi Allaha bildirin, ancaq bəzi məsələləri ilk sıraya qoyun. Bu odur ki, bu sistem İlahi əmanətdir və asanlıqla əldə edilməmişdir. Süz Sübhan Allahdan istəyin ki, övladlarımız Qiyamət gününə qədər Əmirəl-möminin (ə) və onun övladlarının (ə) ən yaxşı Əhli-Beyt (ə) davamçılarından olsunlar. Bu nemət ailələrimizdən getməsin və bu bərəkət bu məmləkətdən alınmasın. Müqəddəs Zat sizin cavabınızı verəcəkdir, sizin qonaqlığınıza gəlmək üçün siz Onun qonağı olarsınız”. 

Hazırladı: Məşhədi Xanım,
deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 925 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]