Əsas səhifə » 2012 Iyun 5 » O, gələcəkdir... (VII hissə)
8:13 AM O, gələcəkdir... (VII hissə) | |
O, gələcəkdir... (VII hissə) DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ İmam Sadiq (ə) buyurmuşdur: «İza qaməl qaimu həkəmə bil ədli vərtəfəəl covru fi əyyamihi, və amənət bihis-subulu, və əxrəcətil ərzu bərəkatiha, və ruddə kullu həqqin ila əhlihi... Və həkəmə beynənnasi bihukmi davudə və hukmi muhəməddin fəhinəizin tuzhirul ərzu kunuzəha, və tubdi bərəkatiha və la yəcidur-rəculu yəvməizin movziən lisədəqətihi vəla libirrihi lişumulil ğina cəmiəl mumininə.» Yəni: «O, inqilab və qiyam edən zamanda ədalətlə hökumət edəcək, zülm və sitəm aradan götürüləcəkdir. Onun sayəsində yollarda əmin-amanlıqlar olacaqdır. Yer öz bərəkətlərini üzə çıxaracaq və haqq sahiblərinin haqqı özünə qaytarılacaqdır. O, insanlar arasında Davud peyğəmbər və həzrət Məhəmməd (s) kimi Allah dinini həyata keçirəcəkdir. Yer öz xəzinələrini üzə çıxardacaq və bərəkətlər artacaqdır. Xalqın yaşayış səviyyəsi o qədər yüksələcəkdir ki, kömək etmək üçün kasıb tapa bilməyəcəklər.» Qısa izah: İqtisadi çətinlik bəşəriyyətin ən böyük bəlası və bütün dövrlərdə fitnə-fəsadların əsas səbəbi hesab edilir. Bu problemin əsas səbəbi isə mədəni gerilikdir. İnsanların əqidə və mədəniyyəti güclənməsə maddi cəhətdən varlı olmaq mümkün deyildir. O, insanları elə yetişdirəcəkdir ki, dünyanın heç bir yerində məhrumiyyət tapılmayacaqdır. islamazeri.az | |
|
Total comments: 0 | |