Bazar günü, 2024-12-22, 9:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 4 » O, gələcəkdir... (VI hissə)
8:05 AM
O, gələcəkdir... (VI hissə)
O, gələcəkdir... (VI hissə)

ZALIMLARI MƏHV ETMƏSİ

Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
«Qalə Rəsulullah (s): Vəyhə hazihil umməti min mulukin cəbabirətin... Fə iza əradəllahu ənyuidəl islamə əzizən qəsəmə kullə cəbbarin ənidin... Yə huzeyfətu! Lövləm yəbqə minəd-dunya illa yövmun vahidun lətəvələllahu zalikəl yəvmi hətta yəmlikə rəculun min əhli bəyti, təcril məlahimu əla yədəyhi və yuzhirul islamə la yuxlifu vədəhu.»
Yəni: «Ədalətsiz və zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah islamın izzət və şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir və islam dini bütün yer üzünə yayılacaqdır. Bu iş mütləq baş verəcəkdir.»
Qısa izah:
Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar.
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 805 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]