Bazar günü, 2024-12-22, 9:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 1 » O, gələcəkdir... (V hissə)
7:53 AM
O, gələcəkdir... (V hissə)
O, gələcəkdir... (V hissə)

HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI

Məhəmməd Mövləvi «Fiqhul-əkbər»in 2-ci cildinin 71-ci səhifəsində həzrət Əli (ə)-dan belə nəql edir:
«Liyəxrucənnə rəculun min vuldi indəqtirabis-saəti heynə təmutu qulubul mumininə, kəma təmutul əbdanu, lima ləhiqəhum minəz-zurri vəşiddəti!... Və yətəvatərul fitənu vəl məlahimul izamu, və imamətus-sunnətə, və ihyaul bidə, və tərkul əmri bil mərufi vənnəhyi ənil munkəri, fəyuhyil-lahu bil məhdiyyis-sunənəl-ləti qədumitət və yəsurru bi ədlihi və bərəkətihi qulubəl mumininə və tətaləfu iləyhi usəbun minəl əcəmi və qəbailu minəl ərəbi.»

Yəni: «Qiyamətə yaxın zamanlarda bədənlər öldüyü kimi möminlərin qəlblərinin də sıxıntı və çətinliklər nəticəsində öldüyü, dəhşətli hadislər baş verdiyi, həqiqət yolçularının sünnətini məhv etdikləri və bidətləri üzə çıxardıqları, əmr be məruf tərk edildiyi, nəhy əz münkər unudulduğu bir zamanda mənim nəslimdən olan bir şəxs qiyam edəcəkdir. Belə bir zamanda Allah-taala həzrət Məhdi (ə) vasitəsilə sünnəti dirildəcəkdir. O, möminlərin qəlbini öz ədalət və bərəkətilə şadlandırar və əcəm ilə ərəb arasında məhəbbət, sülh və səmimiyyət yaradar.»
Bu hədis o qədər aydındır ki, izaha ehtiyac yoxdur.
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 764 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]