Bazar günü, 2024-12-22, 7:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 30 » O, gələcəkdir... (IV hissə)
2:19 PM
O, gələcəkdir... (IV hissə)
O, gələcəkdir... (IV hissə)


HƏR YER ALLAH NURUNA BOYANACAQDIR

Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-möminin Əli (ə)-dan belə yazır:
«Vəlləzi nəfsi biyədihi la təbqa qəryətun (ində zuhurihi) illa nudiyə fiha bişəhadəti la ilahə illəllahu və ənnə muhəmmədən rəsulullahi bukrətən və əşiyyən.»
Yəni: «Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən, abadlıqlardan yüksək səslə: «La ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır.»

Qısa izah:

Həmin gün bütün yer üzü tövhid bayrağı altına girəcək və hər yerdə islam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar. (La ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət islama məxsus olacaqdır və bütün qulaqlara səhər-axşam tövhiddən, peyğəmbərlərin sonuncusunun peyğəmbərliyi şüarı çatacaqdır.
Bəli, dünyada fəsadın əsil təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik, qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır.
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 736 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]