Bazar günü, 2024-12-22, 6:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 28 » O, gələcəkdir... (III hissə)
12:49 PM
O, gələcəkdir... (III hissə)
O, gələcəkdir... (III hissə)

FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏKDİR

Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir:
«Qalə Rəsulullah (s): Yəkunu ində inqitain minəz-zəmani və zühurin minəl fitəni, rəculun yuqalu ləhul məhdiyyu, yəkunu ətauhu həniyən.»
Yəni: Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınları – mütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar və peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək və ədalət şərbəti ilə yoğrulacaq.)

Qısa izah:

İnsanlar peyğəmbərlərin təlim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara məruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin.
Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir.
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 779 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]