Bazar günü, 2024-12-22, 7:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 25 » O, gələcəkdir... (II hissə)
5:15 AM
O, gələcəkdir... (II hissə)
O, gələcəkdir... (II hissə)

ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR

Termezinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur:
«Qalə Rəsulullah (s): La təzhəbud-dunya hətta yəmlikul ərəbə rəculun min əhli bəyti yuvatiu ismuhu ismi.»
«Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir.»

Qısa izah:
Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir təkidli ifadədir. Ancaq onun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, həzrət Məhdinin (ə) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə dəvət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır.
İkincisi isə budur ki, onun adı Peyğəmbərin adıdır (Məhəmməd (s)). O həzrətlərin adının eyni olması zərif bir məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.
islamazeri.az
Category: Diger me'lumatlar | Baxış: 828 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]