Bazar günü, 2024-12-22, 6:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 24 » O, gələcəkdir... (I hissə)
7:35 AM
O, gələcəkdir... (I hissə)
O, gələcəkdir... (I hissə)

Məşhur sünnü alimlərindən olan Əhməd Hənbəli «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazır:

«Qalə Rəsulullah (s): La təqumussaətu hətta təmtəliyəl ərzu zulmən və udvanən sümmə yəxrucu rəculun min itrəti (Əv min əhli bəyti) yəmləuha qistən və ədlən kəma muliət zulmən və udvanən.»

Yəni: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir.

Qısa izah:
Mötəbər islami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (ondan çox rəvayət) onu göstərir ki, həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.

Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz həzrət Məhdinin (ə) ləyaqətli əli ilə qaldırılacaqdır.

ardı var... 
islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 842 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]