Bazar günü, 2024-12-22, 10:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 18 » Novruz Qurani kərimdə
3:36 PM
Novruz Qurani kərimdə
Novruz Qurani kərimdə


بسم ا لله الرحمن الرحيم
اللهمّ صلّ علي محمّد وآل محمّد                                    مدرسة الإمام الباقر (ع

Allah Taala Novruz bayramınızı mübarək etsin!
Hər gün açılır könlümü zövqi-vüsalın yengidən;
Gərçi güllər açmağa hər ildə bir novruz olur.

Məhəmməd Füzuli

 

Novruz yəni «yeni gün» (Baharın girdiyi ilk gün, martın 21-nə uyğun gəlir)


(Ya Muhəmməd!) Minlərlə adamın [taundan] ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara «Ölün!» - dedi və sonra da [yenidən Novruz bayramı günü] diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər! [əl-Bəqərə surəsi,ayə 243]

Mötəbər bir hədisdə İmam Muhəmməd Baqir (ə) və İmam Cə`fər Sadiqdən (ə) rəvayət olunur ki, Minlərlə (70 mindən çox) insan İraqın əl-Vasit şəhərindən (Bu şəhər İraqın Kufə şəhəri ilə Bəsrə şəhəri arasında yerləşir.) taun xəstəliyi qorxusundan səhraya (biyabana) qaçdılar. Allah Taala buyurdu: Ölün! Onlar bir saatın içərisində öldülər. Uzun bir müddət keçdi. Onların sümükləri çürüyüb torpağa çevirildi. Bir gün Allah Taalanın nəbilərindən olan Hezqil peyğəmbər (ə) o yerdən keçirdi. Həmin çürümüş sümüklərə baxıb ağlayaraq dedi: İlahi! Sən bunları öldürdüyün kimi diriltməyə də qadirsən! Istəyim budur ki, sənin şəhərlərini abad etsinlər və sənə ibadət edəcək bəndələr dünyaya gətirsinlər deyə bunları bir daha dirildəsən! Allah ona belə vəhy etdi: Onların üzərinə su səp və dua et! Hezqil peyğəmbər (ə) də Allah Taalanın dediyi kimi etdi. Allahın izni ilə çürümüş sümüklər əvvəlki vəziyyənə gəldi. Bədənləri düzəldi və ruhları bədənlərinə qayıtdı. Onlar bir-birinə baxıb «Subhanəllah, Allahu Əkbər vəla ilahə illəllah dedilər» Hezqil peyğəmbər (ə) dedi: Mən şəhadət verirəm ki, Allah Taala hər şeyə qadirdir. Bundan sonra onlar uzun illər yaşadılar. Bu barədə əl-Bəqərə surəsinin 243-cü ayəsinin təfirinə dair yazlmış Əllameyi Təbatəbainin əl-Mizan əsərinə, Cəlaləddin Süyutinin əd-Dürrul mənsurr əsərinə o cümlədən Fəxrəddin Razinin Məfatihul ğeyb əsərinə və s. bax! İmam Sadiq(ə) buyurmuşdur: Bu qədər minlərlə insanlar Novruz günü dirilmişlər. Yeri gəlmişkən qeyd edək ki, bu ayə Rəc`ətə də (Qiyamətdən əvvəl bə`zi insanların diriləcəyi inancına da) bir sübutdur.

İmam Sadiq(ə) buyurmuşdur: Novruz günü Günəşin yer kürəsinə ilk saçdığı gündür.


(Fir`on) dedi: Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxarmağa gəlmisən? Elədə biz sənə eynilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt tə`yin et. Nə sən, nə də biz və`dimizə xilaf çıxmayaq. Bu (ikimizə də əlverişli ) bir yerdə olsun! (görək kim kimə qalib gələcək!)
(Musa) dedi: Sizə verilən və`də zinət günu (bəzək vurmaq, yaraşıq vermək yə`ni: novruz bayramı günü) və camaatın (bir yerə) toplaşdığı günorta vaxtıdır! (Taha surəsi,57,58 və 59 cu ayələr.) Əhli sünnə alimi Zəməxşəri özünün əl-Kəşşaf əsərində yazır: Bu günə ona görə zinət günü deyilir ki, bu gündə onlar bayram edir, zinət baltarlarını geyinir və hər şeyə yaraşıq verirdilər. Bu da Novruz bayamı günü olmuşdur. Əllameyi Təbatəbai əl-Mizan əsərində qeyd edir ki, Musa peyğəmbər(ə) Fir`onla öz arasında bu günü ona görə tə`yin edir ki, bu hadisə bayram günü camaat bir yerə toplaşanda günorta vaxtı, bütün insanların gözü önündə baş versin. Bu ayədə Zinət gününün Novruz bayramı olduğunu əhli sünnənin bir cox alimləri təsdiq edir. O cümlədən Sə`ləbi özünün əl-Kəşfu bə Bəyan, Səmərqəndi özünün Bəhrul ulum, Müqatil ibn Süleyman Təfsiru Müqatil, Cəllaləddin Süyüti özünün əd-Dürrul Mənsur əsərində Zinət gününün Novruz bayramı günü olduğunu söyləyir.

Ayətullah Məkarim Şirazi özünün «Təfsiri nümünə» kitabında İmam Sadiqdən (ə) belə bir hədis nəql edir ki, İmam Sadiq (ə) Novruz bayramı haqqında buyurmuşdur: Bu gün mübarək gündür. Çünki, bu gündə Nuh peyğəmbərin(ə) gəmisi əl-Cudi dağında dayanmışdır. Bu o gündür ki, Peyğəmbərimizə (s) Cəbrail (ə) nazil olmuşdur. Bu həmin gündür ki, İmam Əli (ə) Peyğəmbərin (s) mübarək çiyninə çıxaraq bütləri sındırmışdır. Bu gündə Peyğəmbərimiz (s) səhabələrə əmr etmişdir ki, İmam Əliyə (ə) bey`ət edib onu mö`minlərin ağası olaraq qəbul etsinlər. Deməli İmam Əlinin (ə) əmirəl mö`minin seçildiyi gün Novruz bayaramı günü olmuşdur. Bunu bir çox əhli sünnə alimləri də təsdiq etmişlər. O cümlədən Beyhəqi özünün «əs-Sünənul Kubra», Xətib Bəğdadi «ət-Təbəqatus-Səniyyə», Cəlaləddin Süyuti «Camiul əhadis» Muhəmməd ibn İbrahim Cə`əfi « ət-Tarixul Kəbir» kitabında belə nəql edir: Novvuz bayramı günü Əli ibn Əbi Talibə (ə) camın içində halva hədiyyə verdilər. İmam(ə) bu nədir deyə soruşduqda dedilər: Ya əmirəl mö`minin bu gün Novruzdur, bu da novruz hədiyyəsidir. İmam dedi hər günümüzü novruz edin! Hədisin ərəbcəsini də yazırıq ki, ərəbcə bilənlərə də maraqlı olsun.

الكتاب : السنن الكبرى للبيهقي
الحافظ الجليل ابي بكر احمد بن الحسين بن علي البيهقي
(أخبرنا) أبو عبد الله الحافظ ثنا أبو العباس محمد بن يعقوب ثنا الحسن بن على بن عفان ثنا أبو أسامة عن حماد بن زيد عن هشام عن محمد بن سيرين قال اتى علي رضي الله عنه بهدية النيروز فقال ما هذه ؟ قالوا يا امير المؤمنين هذا يوم النيروز قال فاصنعوا كل يوم نيروزا
الكتاب : التاريخ الكبير
المؤلف : محمد بن إبراهيم بن إسماعيل أبو عبدالله البخاري الجعفي
موسى بن إسماعيل عن حماد بن سلمة عن على بن زيد عن سعر، وحدثنا آدم (نا) حماد بن سلمة عن على بن زيد عن السعر التميمي: أتي على بفالوذج قال: ما هذا ؟ قالوا: اليوم النيروز، قال فنيروزا كل يوم

Bildiyiniz kimi İmam Əlinin(ə) əmirəl mö`minin təyin olnduğu gün Peyğəmbərimizin (s) axırıncı həccdən qayıdarkən «Qədir Xumm» adlanan yerdə olmuş və bu hadisə Zilhiccə ayında baş vermişdir. Bu hadisənin Novruz bayramına təsadüf etməsi, Zilhiccə ayının dövr edərək bahar fəslində olması ilə əlaqədardır.


Deməli Novruz bayramı təkcə Azərbaycan xalqının deyl, o həmdə bütün müsəlmanların bayramıdır. Yuxarıda yazılanlardan aydın olur ki, Novruz bayramı Qur`ani Kərimdə deyildiyi kimi Zinət günüdür. Günəşin yer kürəsinə ilk saçdığı gündür. Hezqil peyğəmbərin(ə) Allahın izni ilə 70 mindən cox insanı diriltdiyi gündür. Nuh peyğəmbərin(ə) gəmisinin əl-Cudi dağında dayandığı, Peyğəmbərimizə(s) Cəbrailin (ə) nazil olduğu, İmam Əlinin(ə) Peyğəmbərin(s) mübarək çiyninə çıxaraq bütləri sındırdığı və ən əsası Peyğəmbərimizin(s) səhabələrə İmam Əliyə(ə) bey`ət edərək onu mö`minlərin ağası olaraq qəbul etmələrinə əmr etdiyi bir gündür.

Novruz bayramının əməlləri

Şeyx Abbas Qummi «Məfatihul Cinan» kitabında yazır: İmam Sadiq(ə) Müəlla ibn Xuneysə buyurmuşdur: Novruz bayramı günü gələndə Qüsl edin (Novruz bayramının qüslünü edirəm qürbətən iləllah) gözəl paltarlarınızı geyinib ətirlənin! Zöhr və əsr namazını qıldıqdan sonra 4 rəkət namaz qılın! iki salamla. (yə`ni:iki sübh namazı kimi nanaz qıl, Novruz bayramının namazını qılıram qürbətən iləllah) Birinci iki rəkətin birinci rəkətində fatihə surəsindən sonra 10 dəfə Qədr surəsini, ikinci rəkətində isə fatihə surəsindən sonra 10 dəfə Kafirun surəsini, ikinci iki rəkətin birinci rəkətində fatihə surəsindən sonra 10 ixlas surəsini (Qul huvəllahu əhədi), ikinci rəkətində isə fatihə surəsindən sonra 10 dəfə fələq və 10 dəfə Nas surəsini deyin!. Namazdan sonra səcdəyə gedib 3 dəfə "Şukrən lillah” deyin. Səcdədən qalxıb əllərinizi qaldırıb bu duanı oxuyun!; Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlovsiyail mərziyyin və əla cəmii ənbiyaikə və rusulik bi əfzəli səlavatik və barik əleyhim bi əfzəli bərəkatik.və səlli əla ərvahihim və əcsadihim. Allahummə barik əla Muhəmmədin və ali Muhəmməd və Barik ləna fi yovmina haza əlləzi fəzzəltəhu və kərrəmtəh və şərrəftəhu və əzzəmtə xətərəh. Allahummə barik li fima ən`əmtə bihi əleyyə hətta la əşkurə ğeyrək və vəssi` əleyyə fi rizqi ya Zəlcəlali və İkram. Allahummə ma ğabə ənni fəla yuğibənnə ənni ovnəkə və hifzəkə və ma fəqədtu min şey`in fəla tufqidni ovnəkə əleyhi hətta la ətəkəlləfə ma la əhtacu ileyhi ya Zəlcəlali və İkram. İmam Sadiq (ə) buyurdu: Hər kəs bu namazı qılıb bu duanı oxusa Allah Taala onun 50 illik günahlarını bağışlayar (haqqun-nasdan başqa)

İl dəyişən saatda bu duanı oxuyun!

Ya muqəllibəl qulubi vəl əbsar! Ya mudəbbirəl-leyli vən-nahar! Ya muhəvviləl hovli vəl əhval, həvvil haləna ila əhsənil hal!

Tərcüməsi:Ey qəlbləri və gözləri dəyişən Allah! Ey gecə gündüzün tədbirini tökən Allah! Ey illəri və əhvalı çevirən Allah! Bizim halımızı ən gözəl hala çevir!.


Category: Diger me'lumatlar | Baxış: 1728 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]